...

TƏBİB: Naxçıvana bileti olan vətəndaşlar test edildikdən sonra ev karantininə göndəriləcək

Cəmiyyət Materials 11 İyun 2020 17:55 (UTC +04:00)
Hazırda COVİD-19-la bağlı ucuş qaydaları ölkə daxilində həyata keçirilən ucuşlara aiddir.
TƏBİB: Naxçıvana bileti olan vətəndaşlar test edildikdən sonra ev karantininə göndəriləcək

Bakı. İlhamə İsabalayeva – Trend:

Hazırda COVİD-19-la bağlı ucuş qaydaları ölkə daxilində həyata keçirilən ucuşlara aiddir.

Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.

Onun sözlərinə görə, ölkə xaricində olan ucuşlarla bağlı qaydalar qarşıdakı günlərdə təsdiqlənəcək.

Y.Qarayeva əlavə edib ki, Naxçıvana bileti olan vətəndaşlar dövlət hesabına testdən keçirildikdən sonra ev karantininə yola salınacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti