...

Azərbaycana gələn şəxslər bu halda karantinə götürülməyə bilər - AZAL

Cəmiyyət Materials 11 İyun 2020 17:52 (UTC +04:00)
Azərbaycana gələn şəxslər bu halda karantinə götürülməyə bilər - AZAL

Bakı. Samir Əli - Trend:

Uçuşlarla bağlı qaydalara görə, Azərbaycan ərazisinə gələn bütün sərnişinlər 48 saat qüvvədə olan test nəticələri ilə ölkəyə daxil olmalıdırlar.

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə "Azərbaycan Hava Yolları" (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin vitse-prezidenti Eldar Hacıyev deyib.

Onun sözlərinə görə, bu, bütün sərnişinlərdən tələb olunacaq: "Çarter uçuşlarına da bu qaydalar tətbiq oluna bilər. Əgər testlə bağlı arayış təqdim olunarsa, həmin şəxs karantinə götürülməyə bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti