...

Sabahdan “Mədəniyyət” telekanalında "Dərs vaxtı"nın abituriyentlər üçün yayımına start verilir

Cəmiyyət Materials 15 İyun 2020 13:21 (UTC +04:00)
Sabahdan “Mədəniyyət” telekanalında "Dərs vaxtı"nın abituriyentlər üçün yayımına start verilir

Bakı.İlhamə İsabalayeva - Trend:

İyunun 16-da “Mədəniyyət” telekanalında "Dərs vaxtı"nın abituriyentlər üçün yayımına start verilir.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, teledərslər bu formatda 17 iyuladək davam edəcək:

"Abituriyentlər üçün teledərslərin ilk dərs cədvəlini təqdim edirik. "Əziz abituriyentlər, "Dərs vaxtı" sizin təhsilinizi davam etdirmək arzunuzu alqışlayır və bu işdə sizə kömək etməyə hazır olduğunu bildirir. Ümumiləşdirmələr, təhlillər, açıq və qapalı sualların "şifrələri", kompleks məsələlərin həll üsulları, mətnlə iş, informasiyanı düzgün emal etmək bacarığı və s. Bütün bunlar sizin imtahana daha yaxşı hazırlaşmağınıza imkan verəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti