...

“Postpandemiya dövründə səhiyyə və sağlamlıq xidmətlərində baş verə biləcək mövcud dəyişikliklər” mövzusunda onlayn görüş keçiriləcək

Cəmiyyət Materials 18 İyun 2020 11:17 (UTC +04:00)
“Postpandemiya dövründə səhiyyə və sağlamlıq xidmətlərində baş verə biləcək mövcud dəyişikliklər” mövzusunda onlayn görüş keçiriləcək

Bakı. Trend:

Mərkəzi Gömrük Hospitalının rəsmi tərəfdaşı olan Florence Nightingale Xəstəxanalar Qrupu 18 iyun 2020-ci il tarixində saat 12.00-da postpandemiya dövründə səhiyyə və sağlamlıq xidmətlərində baş verə biləcək mövcud dəyişikliklər barədə ümumi maarifləndirmə xarakterli onlayn görüş keçirməyi planlaşdırır.

Florence Nightingale Xəstəxanalar Qrupu Türkiyənin lider tibb ocaqlarından biri olaraq #Covid19 pandemiyası dövründə də bütün lazımi qoruyucu tədbirləri nəzərə alaraq ən yüksək səviyyədə tibbi xidmət göstərməkdədir.

Bu baxımdan Türkiyə və Azərbaycan arasındakı səhiyyə sahəsində ikitərəfli münasibətlərə töhfə vermək məqsədilə təcrübə mübadiləsində olmaq istəyən hər kəs aşağıdakı link vasitəsilə onlayn şəkildə keçiriləcək toplantıya qoşula və suallarını verə bilər.

http://meet.google.com/abv-zyzu-awx

Məqalədə:
Xəbər lenti

Xəbər lenti