...

Ramin Bayramlı: Ölkəmizə 10 mindən çox COVİD-19 anticisim testi gətirilib

Cəmiyyət Materials 18 İyun 2020 20:07 (UTC +04:00)
Ramin Bayramlı: Ölkəmizə 10 mindən çox COVİD-19 anticisim testi gətirilib

Bakı. İlhamə İsabalayeva - Trend:

Ölkəmizə artıq 10 mindən çox COVİD-19 anticisim testi gətirilib.

Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, bu proses hazırda da davam etdirilir: “Birinci növbədə xəstəlik keçirən şəxslər arasında skrinniq aparılır. Onun nəticələrinin elmi təhlilinə əsaslanaraq əhali arasında təyin olunması məsələsi və COVİD-19 pasportunun hazırlanması, yəni xəstəliyə yoluxanların nə vəziyyətdə immun cavabının olması barədə çalışmalar davam etdiriləcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti