...

4 rayona prokurorlar təyin olundu

Cəmiyyət Materials 19 İyun 2020 15:41 (UTC +04:00)

Bakı. Trend:

Lənkəran, Quba, Göyçay və Yevlax rayonlarına prokurorlar təyin olunub.

Baş Prokurorluğunun Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Taryel Ələkbərov Lənkəran, Namiq Muradov Quba, Ramin Hüseynov Göyçay, Ceyhun Almasov Yevlax rayonunun prokurorları, Elşən Albəndov Baş Prokurorluğun Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini, Yadigar Aslanov isə Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin Müraciətlərə ilkin baxılması şöbəsinin rəisi – idarə rəisinin müavini vəzifələrinə təyin ediliblər.

Azərbaycan Respublikası Baş Prokurorluğunun yeni strukturuna uyğun olaraq kadr islahatları davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti