...

Şamaxı İcra Hakimiyyətindən ayrı-ayrı internet resurslarında paylaşılan həqiqəti əks etdirməyən videomateriallarla bağlı AÇIQLAMA

Cəmiyyət Materials 26 İyun 2020 22:40 (UTC +04:00)
Şamaxı İcra Hakimiyyətindən ayrı-ayrı internet resurslarında paylaşılan həqiqəti əks etdirməyən videomateriallarla bağlı AÇIQLAMA

Bakı. Trend:

Son günlər Şamaxı rayonunda dövlət qurumları ilə vətəndaşlar arasında yaranmış sağlam münasibətləri pozmaq üçün ayrı-ayrı internet resurslarında həqiqəti əks etdirməyən videomateriallar paylaşılır. Videomaterialda Xaliq Xudaverdiyev qardaşının şərlənərək tutulduğunu iddia edir.

Bu barədə Trend-ə Şamaxı Rayon İcra Hakimiyyətindən bildiriblər.

Məlumatda deyilir: "Halbuki, Xaliq Xudaverdiyevin qardaşı Aslan Xudaverdiyev törətdiyi ayrı-ayrı cinayət əməllərinə, o cümlədən çoxsaylı dələduzluq faktlarına görə Azərbaycan Respublikası CM-nin 178.2.2, 289.1 və 315.1-ci (köhnə redaksiyada) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Qobustan rayon məhkəməsinin 08 iyun 2020-ci il tarixli qərarı ilə Aslan Xudaverdiyev barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən qərar qüvvədə saxlanılmışdır. Hal-Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Qeyd edək ki, Aslan Xudaverdiyev heç vaxt rayon icra hakimiyyəti başçısının qəbulunda olmamış və hər hansı formatda heç bir mövzunu müzakirə etməmişdir.

Rayon icra hakimiyyətinin başçısı və əməkdaşları tərəfindən cəmiyyətdə ayrıseçkiliyə, yerlibazlığa səbəb olan istənilən ifadə və davranış qətiyyətlə rədd edilir və yalnız bir prinsip – Azərbaycançılıq prinsipi üstün tutulur.

Bildiririk ki, Xaliq Xudaverdiyevin bu məzmunlu heç bir fakta söykənməyən və əsassız iddiaları ilə bağlı Şamaxı Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə müraciət olunacaqdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti