...

Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı

Cəmiyyət Materials 1 İyul 2020 21:41 (UTC +04:00)
Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı

Bakı. Trend:

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 1-nə olan statistik göstəriciləri açıqlayıb.

Trend xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 6 682 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 488 852 test aparılıb. Aktiv xəstə sayı 7 831 nəfərdir, onlardan 202 nəfər reanimasiyadadır, 45 nəfər isə süni tənəffüs aparatına qoşulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti