...

Ev şəraitində müalicə olunan xəstələrin dərman vasitələrilə təmin olunmasına başlanıb

Cəmiyyət Materials 3 İyul 2020 17:52 (UTC +04:00)
Ev şəraitində müalicə olunan xəstələrin dərman vasitələrilə təmin olunmasına başlanıb

Bakı. Samir Əli - Trend:

Ev şəraitində müalicə olunan xəstələrin dərman vasitələrilə təmin edilməsinə başlanıb.

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov deyib.

Onun sözlərinə görə, hazırda COVİD -19-a yoluxan və ev şəraitində müalicə olunan xəstələrə dərman preparatları çatdırılır.

Qeyd edək ki, COVİD-19-a yoluxan yüngül simptomlu xəstələr yaşayış yerlərini tərk etmədən ev şəraitində müalicə olunur. Həmin xəstələr ərazi poliklinikaları tərəfindən nəzarətə götürülür və mütəmadi müalicə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti