...

Riyaziyyat və Mexanika İnstitutu işçi axtarır

Cəmiyyət Materials 21 İyul 2020 12:10 (UTC +04:00)
AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu ştatda vakant olan vəzifələri tutmaq üçün müsabiqə elan edir.
Riyaziyyat və Mexanika İnstitutu işçi axtarır

Bakı. İlhamə İsabalayeva - Trend:

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu ştatda vakant olan vəzifələri tutmaq üçün müsabiqə elan edir.

Akademiyadan Trend-ə verilən məlumata görə, vakant yerlər Funksional analiz şöbəsi üzrə aparıcı elmi işçi vəzifəsinə 2, böyük elmi işçi vəzifəsinə 1, Riyazi analiz şöbəsi üzrə böyük elmi işçi vəzifəsinə 2, baş elmi işçi vəzifəsinə 1, Riyazi fizika tənlikləri və Diferensial tənliklər şöbələri üzrə aparıcı elmi işçi vəzifələrinə 1, Sürüncəklik nəzəriyyəsi şöbəsi üzrə böyük elmi işçi vəzifəsinə 2, Maye və qaz mexanikası şöbəsi üzrə elmi işçi vəzifəsinə 1, Tətbiqi riyaziyyat şöbəsi üzrə baş elmi işçi və böyük elmi işçi vəzifələrinə 1 yerdir.

Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq, elan dərc edilən gündən etibarən 1 ay müddətində elmi katibliyə təqdim edilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti