...

Azərbaycanda daha 332 nəfər koronavirusa yoluxdu, 573 nəfər sağaldı, 9 nəfər öldü

Cəmiyyət Materials 24 İyul 2020 16:59 (UTC +04:00)
Azərbaycanda daha 332 nəfər koronavirusa yoluxdu, 573 nəfər sağaldı, 9 nəfər öldü

Bakı. Trend:

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 332 yeni yoluxma faktı qeydə alınıb, 573 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 29 312 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 21 547 nəfər müalicə olunaraq sağalıb, 400 nəfər vəfat edib, 7 365 xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 037, ötən müddət ərzində isə ümumilikdə 667 819 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti