...

1000-ə yaxın zəvvarın iştirak edəcəyi Həcc ziyarətində azərbaycanlılar da varmı? - RƏSMİ

Cəmiyyət Materials 29 İyul 2020 15:53 (UTC +04:00)
1000-ə yaxın zəvvarın iştirak edəcəyi Həcc ziyarətində azərbaycanlılar da varmı? - RƏSMİ

Bakı. İlhamə İsabalayeva - Trend:

Qafqaz Müsəlmanları İdarəsi Səudiyyə Ərəbistanında 1000-ə yaxın zəvvarın iştirakı ilə keçiriləcək Həcc ziyarətində azərbaycanlı zəvvarların iştirak edib-etməyəcəyini açıqlayıb.

İdarədən Trend-ə bildirilib ki, Həcc ziyarətində azərbaycanlı zəvvarlar iştirak etməyəcək. Bu il Həcc ziyarəti ləğv edildiyi üçün ölkəmizdən Səudiyyə Ərəbistanına gedən zəvvar olmayacaq.

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar bu il Səudiyyə Ərəbistanında Həcc ziyarəti məhdud sayda zəvvarın iştirakı ilə avqustun 2-dək keçiriləcək.

Müəyyən məhdudiyyətlərin tətbiq edilməsi ilə keçiriləcək ziyarət zamanı zəvvarların Kəbəyə toxunmasına və onu öpməsinə icazə verilməyəcək.

Zəvvarların tibbi maskalardan istifadə etməsi mütləq şərt kimi qoyulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti