...

Mingəçevirdə tibbi maskadan istifadə etməyənlərə qarşı reyd keçirilib (FOTO)

Cəmiyyət Materials 3 Avqust 2020 19:10 (UTC +04:00)
Mingəçevirdə tibbi maskadan istifadə etməyənlərə qarşı reyd keçirilib (FOTO)

Bakı. Trend:

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları qapalı məkanlarda, eləcə də ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən şəxslərə qarşı reyd keçiriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, keçirilən reyd zamanı şəhərdaxili marşrut avtobusları yoxlanış məqsədilə polis əməkdaşları tərəfindən saxlanılıb və fərdi tənəffüs yollarını qoruyan vasitələrdən istifadə etməyən şəxslərə karantin rejimi qaydaları izah olunub, onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilərək, cərimələniblər.

Reyd mağazalarda da davam etdirilib. Burada da tibbi maskadan istifadə etməyən bəzi satıcı və müştərilər aşkar olunub. Barələrində qanunamüvafiq tədbirlər görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti