...

ATU-nun reanimasiya şöbəsinin müdiri ikinci dalğadan danışdı

Cəmiyyət Materials 21 Avqust 2020 17:25 (UTC +04:00)

Bakı. Ceyhun Ələkbərov - Trend:

İkinci dalğa olarsa, Azərbaycan bu mübarizəyə daha təcrübəli şəkildə qoşulacaq.

Trend-in məlumatına görə, bunu Operativ Qərargahın birifində açıqlamasında ATU-nun Tədris-Terapevtik Klinikasının reanimasiya şöbəsinin müdiri Emil Qasımov bildirib.

Onun sözlərinə görə, xəstəxanalar bütün lazımı dərmanlarla təchiz olunub: "Biz pandemiya başlayandan etibarən dövlətimizin dəstəyini tam hiss etmişik. Bildiyimiz kimi reanimasiya şöbəsində çox bahalı dərmanlardan istifadə olunur. Bunların hamısı dövlət tərəfindən xəstəxanalarda təmin olunub. Payız və qış aylarında deyildiyi kimi ikinci dalğa, yəni yoluxmada kəskin artım olarsa, biz artıq bu mübarizəni daha təcrübəli şəkildə davam etdirə biləcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti