...

Koronavirusla yanaşı Bakıda gəmiricilər və göbələklərə qarşı da dezinfeksiya işləri aparılır - RƏSMİ

Cəmiyyət Materials 25 Avqust 2020 09:47 (UTC +04:00)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Əvvəllər vətəndaşlar dezinfeksiya işlərinə səhlənkar yanaşırdılar, ancaq son dövrlər insanlar bunun nə qədər əhəmiyyətli və ciddi olduğunu başa düşüblər.

Bunu Trend-ə açıqlamasında sahibkar və dezinfeksiya işləri üzrə mütəxəssis Bəxtiyar Səmədov bildirib. Onun sözlərinə görə, pandemiya dönəmində əvvəlki illərə nisbətən indi dezinfeksiya tədbirlərinə daha çox ehtiyac var:

"Hazırda dezinfeksiya üçün daha çox fəaliyyətdə olan ictimai iaşə obyektləri, dövlət müəssisələri və müxtəlif rayonların Mənzil Kommunal Təsərrüfat Birlikləri tərəfindən müraciət alırıq. İctimai iaşə obyektləri karantin rejimi ilə bağlı müəyyən müddət fəaliyyətlərini dayandırdıqları üçün MTK-lardan müraciət daha çoxdur. Onların sifarişi ilə binaların giriş hissəsi, liftlər, pilləkənlər və s. dezinfeksiya olunur".

Mütəxəssis vətəndaşların daha çox hansı istiqamətlərdə dezinfeksiya üçün müraciət etdiklərini də açıqlayıb:

“Hal-hazırda daha çox virus və bakteriyalara qarşı dezinfeksiya işləri üçün müraciətlər olur. Vətəndaşın müraciətindən sonra əraziyə baxış keçirilir, problemin səbəbi araşdırılır, daha sonra işlərə başlanılır.

Dezinseksiya: ev, obyekt, kafe, restoran və istehsalat ərazilərində olan yeriyən və uçan həşəratlar (tarakan, milçək, ağcaqanad, gənə, birə, qurdlar və s.) məhv edilməsi üçündür. Deratizasiya: siçan, siçovul və bu kimi digər gəmiricilərə qarşı mübarizə növüdür. Dezinfeksiya: bu proses xəstəlik mənbəyi ola biləcək virus, mikrob və bakteriyaların məhv edilməsi üzrə yönəlib ki, bu gün bütün ölkədə bu işlər aparılır. Prosesə görə heç olmasa, bir obyekt ən azı 8-10 gündən bir, yəni ayda üç dəfə olmaqla dezinfeksiya edilməlidir. Bir dezinfeksiya prosesindən sonra yenidən problemin yaranmayacağına təminat vermək olmur. Ona görə də davamlı olaraq bu işlər görülməlidir”.

B.Səmədov qeyd edib ki, COVİD-19-a qarşı bir çox preparatlardan istifadə edilir.
"Dezinfeksiya işləri obyektin fəaliyyət istiqamətinə uyğun görülür. Məsələn, ərzaq mağazalarının dezinfeksiyasında məhlulu ULV (tüstü vasitəsilə), ofislərdə sprey püskürməklə, açıq havada URV aparatlardan istifadə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti