...

Sentyabrın 15-dən uşaq bağçaları açılacaq

Cəmiyyət Materials 27 Avqust 2020 17:15 (UTC +04:00)
Sentyabrın 15-dən uşaq bağçaları açılacaq

Bakı. Elçin Mehdiyev - Trend:

Bağçalarda uşaqlara distant qayğı göstərmək mümkün deyil. Epidemioloji vəziyyət imkan verir ki, sentyabrın 15-dən həmin müəssisələr mərhələli şəkildə işə başlasın. Trend-in məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, virusun çox yayılmadığı şəhər və rayonlarda bağçaların fəaliyyətinin mərhələli bərpa edilməsi təklif edilir:

"Noyabr ayının 2-ə qədər bu rejimdə işləmək nəzərdə tutulur. Bundan sonra epidemioloji vəziyyət imkan versə, proses davam etdiriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti