...

İngilis dili müəllimi olmaq istəyən 3363 namizəd bu gün imtahan verir

Cəmiyyət Materials 28 Avqust 2020 09:25 (UTC +04:00)
İngilis dili müəllimi olmaq istəyən 3363 namizəd bu gün imtahan verir

Bakı. Trend:

İngilis dili müəllimi olmaq istəyən namizədlər üçün test imtahanları keçirilir. Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, imtahanlarda 3363 namizədin iştirakı nəzərdə tutulur.

Test imtahanları Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçirilir. Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim edilir.

Təhsil Nazirliyi müsabiqədə iştirak edən bütün namizədlərə uğurlar arzu edir!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti