...

“Azərsun Holdinq” orduya dəstəyini nümayiş etdirdi (FOTO/VİDEO)

Cəmiyyət Materials 28 Avqust 2020 19:06 (UTC +04:00)
“Azərsun Holdinq” orduya dəstəyini nümayiş etdirdi (FOTO/VİDEO)

Bakı. Trend:

Hər zaman müxtəlif sosial layihələr reallaşdıran “Azərsun Holdinq” növbəti vətənpərvər layihəsini həyata keçirərək Azərbaycan əsgəri ilə birlikdə olduğunu nümayiş etdirib.

Trend-in məlumatına görə, Şirkətlər Qrupu bu dəfə cəbhə bölgəsinə xeyli sayda təkər və hərbçilərimiz üçün zəruri ola biləcək digər vəsaitlər göndərib. “Azərsun Holdinq” Vətənin hər qarış torpağının qorunması üçün gecə-gündüz demədən xidmət aparan əsgərlərimizə növbəti dəfə dəstəyini sərgiləyib və digər şirkətləri də bu cür aksiyalarda aktiv iştirak etməklə düşmənlə üzbəüz dayanan hərbçilərimizin yanında olduqlarını nümayiş etdirməyə dəvət edir.

Qeyd edək ki, bir neçə gün öncə “Azərsun Holdinq” “Səninləyik, Azərbaycan əsgəri!” adlı layihə reallaşdıraraq dövlət sərhədimizin mühafizəsini təşkil edən sərhədçilərimizi 101 yaşları münasibətilə təbrik etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti