...

Dövlət Təhlükəsizliyi Xidmətinin Veteranları Birliyi Trend-i təbrik edib

Cəmiyyət Materials 1 Sentyabr 2020 21:14 (UTC +04:00)
Dövlət Təhlükəsizliyi Xidmətinin Veteranları Birliyi Trend-i təbrik edib

Bakı. Trend:

Dövlət Təhlükəsizliyi Xidmətinin Veteranları Birliyi Trend-i 25 illik yubileyi ilə bağlı təbrik edib.

Trend-in məlumatına görə, təbrikdə deyilir:

"Bu gün TRENDNEWS İnformasiya Agentliyinin 25 yaşı tamam olur.

Peşəkar kollektivə malik "Trend"in müasir Azərbaycan mətbuatında öz yeri və öz dəst-xətti var. Qafqazda və Xəzəryanı regionda aparıcı xəbər istehsalçılarından hesab olunan agentlik bu gün xarici ölkələrdə ən çox oxunan və tanınan yerli agentliklərdən biridir. Qərəzsiz informasiya siyasəti yürüdən agentlik fəaliyyətimizi daim diqqətdə saxladığı üçün dərin minnətdarlığımızı bildiririk.

25 yaşının tamam olması münasibəti ilə bizə əziz və doğma olan agentliyin kollektivini təbrik edir, onlara yeni-yeni yaradıcılıq uğurları arzu edirik. 25 yaşınız mübarək!"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti