...

Bu il 36 nəfər dərmandan zəhərlənib

Cəmiyyət Materials 4 Sentyabr 2020 13:50 (UTC +04:00)
Bu il 36 nəfər dərmandan zəhərlənib

Bakı. İlhamə İsabalayeva – Trend:

Bu ilin əvvəlindən indiyədək 36 nəfər dərmandan zəhərlənmə şikayəti ilə xəstəxanaya müraciət edib.

Bunu Trend-ə Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

Onun sözlərinə görə, dərmandan zəhərlənənlərin 9-u uşaq olub. Dərmandan zəhərlənənlər arasında ölüm halları baş verməyib.

A.Maqsudov hesab edir ki, dərmandan zəhərlənmə hallarının baş verməsi ölkədəki dərman preparatlarının keyfiyyətsizliyi ilə bağlı deyil:

"Bu cür hallar həkim məsləhəti olmadan özbaşına, təyinatsız dərman preparatları qəbul etməkdən baş verir. Bu da sonda zəhərlənmə ilə nəticələnir. Bizim xəstələrlə söhbətimizdə də onlar dərmanın dozasını həkimin dediyindən daha artıq qəbul etdiyini söyləyirlər".

A.Maqsudov qeyd edib ki, müraciət edənlər əsasən, antibiotiklər və vitaminlərin qəbulu nəticəsində dərmanların əlavə təsirlərinə məruz qalıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti