...

DİM sentyabrın 10-da keçirilən buraxılış imtahanlarının nəticələrini açıqlayıb

Cəmiyyət Materials 11 Sentyabr 2020 23:29 (UTC +04:00)
Sentyabrın 10-da keçirilən buraxılış imtahanlarının nəticələri açıqlanıb
DİM sentyabrın 10-da keçirilən buraxılış imtahanlarının nəticələrini açıqlayıb

Bakı. Trend:

Sentyabrın 10-da keçirilən 9-cu sinif buraxılış imtahanları və 9-11 illik təhsil səviyyələri üzrə Azərbaycan dili imtahanlarının nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, iştirakçılar imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə müvafiq olaraq aşağıdakı linklərdə tanış ola bilərlər:

9-cu sinif buraxılış imtahanı;

Azərbaycan dilindən fərqli dildə təhsilalanlar üçün ümumi (9 illik) orta və tam (11 illik) orta təhsil səviyyələri üzrə Azərbaycan dili (dövlət dili kimi) imtahanı.

İştirakçılar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Qeyd edək ki, 9-cu sinif buraxılış imtahanlarında 18 min 307 nəfərin iştirakı nəzərdə tutulurdu. Onlardan 1602 nəfər imtahana gəlməyib, 5 nəfər qaydaları pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib.

Azərbaycan dili imtahanlarında isə 769 nəfərin iştirakı nəzərdə tutulurdu. Onlardan 276 nəfər imtahana gəlməyib.

11-ci sinif üzrə buraxılış imtahanlarında istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 2 həftə ərzində elan olunması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti