...

Bu gündən oktyabrın 5-dək Bakı, Sumqayıt və Abşeronda ictimai nəqliyyat işləməyəcək

Cəmiyyət Materials 3 Oktyabr 2020 00:00 (UTC +04:00)
Bu gündən oktyabrın 5-dək Bakı, Sumqayıt və Abşeronda ictimai nəqliyyat işləməyəcək

Bakı. Trend:

Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda həftəsonu ictimai nəqliyyat işləməyəcək.

Trend xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.

Qərara əsasən, 3 oktyabr saat 00:00-dan 5 oktyabr saat 06:00-dək Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda ictimai nəqliyyatın hərəkəti və Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır.

Xəbər lenti

Xəbər lenti