...

Gəncədəki kilsədə ermənilərin raket zərbələrinin qurbanı olmuş şəhər sakinlərinin anım mərasimi keçirilib (FOTO)

Cəmiyyət Materials 14 Oktyabr 2020 13:18 (UTC +04:00)
Gəncədəki kilsədə ermənilərin raket zərbələrinin qurbanı olmuş şəhər sakinlərinin anım mərasimi keçirilib (FOTO)

Bakı. Samir Əli - Trend:

Gəncədəki Rus Pravoslav kilsəsində Ermənistan ordusunun oktyabrın 11-də törətdiyi terror aktı nəticəsində həlak olmuş dinc sakinlərin anım mərasimi keçirilir.

Trend-in məlumatına görə, mərasimdə həlak olanların ruhuna dualar oxunub. Azərbaycan Ordusuna qalibiyyət arzulanıb.

Qeyd edək ki, oktyabrın 11-də Ermənistan ordusu Gəncə şəhərinin mərkəzində çoxmənzilli yaşayış binalarını raket atəşinə tutub. Nəticədə 10 dinc sakin həlak olub, 30-dan artıq şəxs yaralanıb.

Gəncənin raket atəşinə tutulması nəticəsində Rus Pravoslav kilsəsinə də ziyan dəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti