...

"Virtual məktəb"də birinci sinif üzrə qeydiyyat artıq mümkündür-Təhsil Nazirliyi

Cəmiyyət Materials 4 Noyabr 2020 14:42 (UTC +04:00)
"Virtual məktəb"də birinci sinif üzrə qeydiyyat artıq mümkündür-Təhsil Nazirliyi

Bakı. İlhamə İsabalayeva - Trend:

2020-2021-ci tədris ili üzrə 1-ci sinfə qəbul olunmuş şagirdlərin "Virtual məktəb"də qeydiyyatı artıq mümkündür.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, şagirdlərin Ümumi Təhsil Müəssisələrinin İnformasiya Sistemində (UTİS) bazaya əlavə olunması üzrə işlər yekunlaşdırılıb. Qeydiyyat üçün https://virtual.edu.az saytına daxil olub FİN və yaxud ÜTİS kodu vasitəsilə qeydiyyatdan keçmək olar.

Dövlət təhsil müəssisələrinə fəaliyyət göstərmələri üçün lisenziya alınması tələb olunmur - NK

Dövlət təhsil müəssisələrinə fəaliyyət göstərmələri üçün lisenziya alınması tələb olunmur - NK

Daha əvvəl 1-ci sinif üzrə şagirdləri qeydiyyatdan keçirməyə cəhd göstərmiş, lakin istifadəçi adı və şifrə almayan şəxslər saytda "Qeydiyyat" bölməsindən şifrə bərpası xidmətindən istifadə edə bilərlər.

Qeyd edək ki, cari tədris ili üzrə siniflərin komplektləşdirilməsi işləri başa çatdırılıb. Bütün siniflər “Virtual məktəb”də öz əksini tapır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti