...

UNEC tələbələrindən beynəlxalq müsabiqədə möhtəşəm qələbə

Cəmiyyət Materials 5 Noyabr 2020 15:40 (UTC +04:00)
UNEC tələbələrindən beynəlxalq müsabiqədə möhtəşəm qələbə

Bakı. Trend:

UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin (İSE) tələbələri “CGMA – İnkişaf etməkdə olan Liderlər Müsabiqəsi 2020”nin qalibi oldular.

CGMA İnkişaf etməkdə olan Liderlər Yarışması sabahın gənc biznes liderlərinin ən yaxşısını seçmək üçün hazırlanmış biznes müsabiqədir. Yarışın məqsədi tələbələrin maliyyə və biznesin idarəedilməsi sahəsindəki bilik və bacarıqlarının inkişafına dəstək olmaq və həmin bacarıqların nümayişinə şərait yaratmaqdır.

Bu il “CIMA- İnkişaf etməkdə olan Liderlər Müsabiqəsi 2020”də Azərbaycan da daxil olmaqla, dünyanın 8 ölkəsinin 21 universitetindən 392 tələbə iştirak etdi. Dörd mərhələdən ibarət müsabiqənin final mərhələsi Polşada onlayn formada təşkil olundu.

Müsabiqədə UNEC-i “The Going Concern” komandası təmsil edib. Komandanın rəhbəri Beynəlxalq İqtisadiyyat Məktəbinin direktoru Aqil Əzizov olub.

Müsabiqənin final mərhələsində UNEC komandası Rusiyanın “Team ICFO” və Ukraynanın “Team Fortune” rəqib komandaları ilə yarışıb. Gərgin və maraqlı keçən yarışmada UNEC-in komandası qalib olub.

Qalib komandamızın üzvləri Beynəlxalq İqtisadiyyat Məktəbinin builki məzunları Mirələm Əkbərli, Samir Məmmədov, Ayla Əliyeva və Arzu Tofiqlidir.

Qeyd: CIMA (Sertifikatlı İdarəetmə Mühasibləri İnstitutu) dünyanın ən böyük və aparıcı idarəetmə mühasiblərinin peşəkar təşkilatıdır. CIMA, iş dünyasının tələb etdiyi kritik bilik və bacarıqları inkişaf etdirməyə kömək edən və bütün dünyada böyük və ya kiçik biznes sahələrində, dövlət və ya özəl sektorda fəaliyyət göstərmək üçün lazımi keyfiyyətləri formalaşdıran təşkilatdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti