...

Hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edildi

Cəmiyyət Materials 10 Noyabr 2020 13:39 (UTC +04:00)
Hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edildi

Bakı. İlhamə İsabalayeva - Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, noyabrın 11-i gündüzdən 13-dək Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var.

Noyabrın 11-i gündüzdən 13-dək Azərbaycan rayonlarının bəzi yerlərində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Şimal və şərq rayonlarında leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti