Rumıniyada Kamal Abdullanın yaradıcılığına həsr olunan beynəlxalq elmi konfrans keçirilib

Rumıniyada Kamal Abdullanın yaradıcılığına həsr olunan beynəlxalq elmi konfrans keçirilib

Bakı. Trend:

Rumıniyanın Yassı Dövlət Universiteti və Qazaxıstanın Lev Qumilyov adına Dövlət Universitetinin Rus filologiyası kafedrasının təşkilatçılığı ilə Xalq yazıçısı, akademik Kamal Abdullanın yaradıcılığına həsr olunan onlayn elmi konfrans keçirilib. “Kamal Abdullanın çoxşaxəli yaradıcılığı dünya ədəbiyyatı kontekstində” adlanan konfransda Moskva Dövlət Pedaqoji Universiteti, Qazaxıstan Dövlət Universiteti, Kişinyov Pedaqoji Universiteti, Tbilisi Dövlət Universiteti, Yassı Dövlət Universiteti və Ukrayna Sum Dövlət Universitetindən alimlər, o cümlədən, tələbə, magistr və doktorantlar iştirak edib.

Yassı Dövlət Universitetinin dosenti, tanınmış tərcüməçi və ədəbiyyatşünas alim Lüdmila Bejenarunun moderatorluğu keçirilən və Xalq yazıçısı Kamal Abdullanın 70 illik yubileyinə həsr olunan konfransda yazıçının yaradıcılığı bir neçə aspektdə təhlil olunub.

İngilis, rus və rumın dillərində təqdim olunan məruzələrdə müəllifin “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi” romanı, eləcə də “Kitabi-Dədə Qorqud” dastanının tədqiqinə həsr olunan elmi fəaliyyəti, poeziyası, dramaturgiya yaradıcılığı ətrafında fikir mübadiləsi aparılıb. Milli ədəbiyyat və mədəniyyətlərin müasir dialoqunun dünya mədəni məkanına inteqrasiyası haqqında danışan alimlər qloballaşma, millilik, ənənəvi modellərdən təcrid, Azərbaycan ədəbiyyatı və mədəniyyətinin zəngin və hələ də kifayət qədər yaxşı öyrənilməmiş mifopetik keçmişi haqqında maraqlı fikirlərini konfrans iştirakçıları ilə bölüşüblər. Məruzəçilərə görə, Xalq yazıçısı Kamal Abdullanın yaradıcılığının əsasını Azərbaycan ədəbiyyatı və mədəniyyətinin zəngin keçmişi təşkil edir.

“Sehrbazlar dərəsi” romanının rumın dilinə tərcüməçisi olan L. Bejenaru əsərə ölkəsində olan maraqdan danışıb, romanın ideyası haqqında, cavab axtardığı suallar ətrafında məruzə ilə çıxış edib. O, yazıçının əsərlərinin türk, rus, ingilis, fransız, alman, gürcü, ispan, polyak, portuqal, italyan, ukrayna, fin, ərəb, yapon, monteneqro, litva, bolqar, qazax, qırğız və başqa dillərə tərcümə olunduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıb. L.Bejenaru Kamal Abdullanın pyeslərinin Azərbaycan, Gürcüstan, Estoniya teatrlarında səhnəyə qoyulduğunu sözlərinə əlavə edib, müəllifin “Ruh” və “Bir, iki, bizimki” pyesləri haqqında danışıb. Daha sonra Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri kimi Kamal Abdullanın Azərbaycan multikulturalizminin dünyada təbliği istiqamətindən danışan tərcüməçi-alim artıq 4-cü ildir ki, Yassı Dövlət Universitetində “Azərbaycan multikulturalizmi” fənninin uğurla tədris olunduğunu deyib. L.Bejenaru Xalq yazıçısı Kamal Abdullanı əlamətdar 70 illik yubileyi münasibəti ilə rumın oxucularının adından təbrik edib.

Konfransda Ukraynanın Sum Dövlət Universitetinin əməkdaşı Anastasiya Çasovski “Kamal Abdullanın yaradıcılığının müasir qavranması və təhlili” adlı məruzə ilə çıxış edib. İngilis dilində təqdim olunan məruzədə Şərq mədəniyyəti, şaman-dərviş mədəniyyəti, bütün zamanlarda insanlığı düşündürən məhəbbət və nifrət, müharibə və sülh, qisas və bağışlama, səadət və ruhi sakitlik axtarışı ilə bağlı məsələlər təhlil olunub: “Görkəmli yazıçı Kamal Abdullanın “Sehrbazlar dərəsi” romanında zamanın müxtəlif ölçülərinin uzlaşdırılmasını, çulğalaşmasını görürük. Bu roman mənə uşaq vaxtı oxuduğum və unuda bilmədiyim Şərq nağıllarının xoş təəssüratını bir daha xatırlatdı. Romanın fəlsəfi qatı, gizlin mətləblərə işıq tutma özəlliyi, insan psixologiyasının ən incə məqamlarını göstərmə məharəti onun ədəbi-bədii dəyərini daha da artırır”.

Rumıniyanın Yassı Dövlət Universitetinin alimi Liviya Kotorça “Yarımçıq əlyazma” romanını bədii və tarixi planda təhlil edib. O, qeyd edib ki, romanda tarixlə ədəbiyyatın həm mükəmməl tandemini, həm də sintezini görürük. Əsərdə tarix və ədəbiyyatın sərhədləri itsə də, müəllif öz yüksək sənətkarlığı ilə oxucunu xüsusi bədii priyomlarla xəbərdar edir.

Daha sonra Moskva Dövlət Universitetinin alimi Oksana Kozlova “Kamal Abdullanın romanlarının tərcüməsi və rus mədəni mühitindəki yeri” adlı məruzə ilə çıxış edib. Oksana Kozlova yazıçının rus dilinə tərcümə olunan “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi”, “Unutmağa kimsə yox” romanlarına rus oxucusunun, eləcə də peşəkar və intellektual ədəbiyyat kəsiminin böyük marağından danışıb.

Kişinyov Dövlət Universitetinin əməkdaşı Qabriela Topor, Gürcüstan Dövlət Universitetinin alimi İndina Caqana Xalq yazıçısı Kamal Abdullanın dilçilik, dramaturgiya, poeziya istiqamətindəki fəaliyyətini təhlil ediblər. Məruzəçilər bildirib ki, müəllif hər üç istiqamətdə böyük uğurlu əsərlər yaradıb, onlarda fəlsəfəni, dünyanı və insanlığı maraqlandıran suallara cavab tapmaq olur.

Daha sonra Rumıniyanın Yassı Dövlət Universitetinin alimi Kristina Veskeuçan “Sehrbazlar dərəsi – roman kainat” adlı məruzəsi dinlənilib. Alim 2019-cu ildə Buxarestdə keçirilən beynəlxalq kitab yarmarkasında “Sehrbazlar dərəsi” romanının təqdim olunduğunu xatırladıb. Hər il keçirilən yarmarkada 400-dən çox rumın və xarici nəşriyyatlar, tipoqrafiyalar, mədəniyyət mərkəzləri və institutlar, ədəbi agentliklər, kitabxanalar və s. təmsil olunur. Üç mindən çox müəllifin iştirak etdiyi kitab yarmarkasında 26 ildir ki, Azərbaycandan yeganə müəllif olaraq Kamal Abdullanın adı çəkilir: “Məmnuniyyətlə deyə bilərəm ki, “Sehrbazlar dərəsi” romanına bizim universitetin tələbələrinin böyük marağı var. Ümumiyyətlə, dünyanın 20-ə yaxın dilə tərcümə olunması göstərir ki, Kamal Abdullanın yaradıcılığına təkcə öz ölkəsində yox, dünya ədəbi-intellektual müstəvisində də maraq böyükdür. Kamal Abdulla intellektual nəsrin, intellektual ədəbiyyatın görkəmli nümayəndəsi kimi öz ölkəsində və dünyada dilçi, ədəbiyyatşünas alim kimi də qiymətləndirilir. Dekabr ayında Xalq yazıçısı Kamal Abdullanın 70 illik yubileyi qeyd olunacaq. Bu münasibətlə sevimli yazıçını rumın oxucuları, ədəbiyyatçıları adından ürəkdən təbrik edirik. Gənc yazıçılar və alimlər onun yaradıcılığını yaxşı öyrənməlidirlər. Çünki bu, onlar üçün vacib örnəkdir”.

Daha sonra konfrans öz işini “Rumın tələbələrinin yazıçı Kamal Abdulla ilə dialoqu” adlı dəyirmi masa ilə davam edib. Dəyirmi masada yazıçı həyat və yaradıcılığı, ədəbi və mədəni məsələlərə münasibəti, müasir gəncləri düşündürən problemlər, Rumıniya və Azərbaycan münasibətləri, Azərbaycan mulikulturalizmi, poeziya, dramaturgiya istiqamətində tələbələrin suallarını cavablandırıb. Onlayn görüşdə 2019-cu ildə Rumniyanın Mərkəzi Kitabxanasında Xalq yazıçısı Kamal Abdullanın kitablarından ibarət keçirilən sərginin video-roliki nümayiş olunub, Buxarestdə “Sehrbazlar dərəsi” romanının təqdimatında lentə alınan videomaterial göstərilib, müəllifin şeirləri tələbələrin ifasında Azərbaycan və rumın dillərində təqdim edilib.

Xalq yazıçısı, akademik Kamal Abdulla konfransın keçirilməsinə görə təşkilatçılara təşəkkürünü bildirib. O, öz çıxışında Azərbaycanın erməni işğalçıları üzərində qazandığı tarixi qələbəyə diqqət çəkib, ölkəmizdəki multikultural mühit haqqında danışıb. K.Abdulla qeyd edib ki, Azərbaycan öz əzəli torpaqlarını düşməndən geri alıb, işğaldan azad olunan ərazilərdə yaşamaq üçün quruculuq işləri aparılır: “Qarabağ qədim Azərbaycan torpağıdır, qədim mədəniyyət mərkəzidir. Azərbaycan tarixən multikultural ölkə olub. Burda həmişə müxtəlif xalqlar bir yerdə yaşayıblar, öz mədəniyyətlərini, adət-ənənələrini azad, sərbəst şəkildə ifadə ediblər, yaşadıblar. Bu multikultural atmosfer bu gün də davam etməkdədir. Bakıda Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb. Bu mərkəzin təşkilatçılığı ilə dünyanın bir çox ölkəsində “Azərbaycan multikulturalizmi” fənni tədris edilir. Bununla yanaşı, mərkəz Multikulturalizm yay-qış məktəbləri təşkil edir. Böyük məmnuniyyətlə Yassı Universitetinin tələbələrini Azərbaycan Multikulturalizmi məktəbinə dəvət edəcəyəm. Gənc alimlər azərbaycanlı həmkarları ilə birlikdə Azərbaycan multikulturalizmini araşdıracaq, müzakirə edəcək, öyrənəcəklər. Onlar ölkəmizə gələndə buradakı multikultural atmosferi öz gözləriylə görəcəklər”.

Kamal Abdulla əlavə edib ki, Azərbaycan multikulturalizmi haqqında bir neçə sanballı kitab çap olunub, ölkəmizdəki multikultural mühiti öyrənmək istəyənlər üçün bu vəsaitlər vacib rol oynayır.

Sonda akademik Kamal Abdulla ədəbiyyatla peşəkar müstəvidə məşğul olan alimləri dinləməkdən, onlarla həmsöhbət olmaqdan, müzakirə aparmaqdan məmnun olduğunu deyib: “Konfransda çox gözəl, dərin, intellektual, eyni zamanda çox səmimi çıxışlar oldu. Alimlər mənim yaradıcılığımı müxtəlif istiqamətlər təhlil etdilər. Hesab edirəm ki, bu təkcə mənim yaradıcılığımdan bəhs edildiyi üçün yox, eyni zamanda müqayisəli ədəbiyyat, mədəniyyətlərin bir-birinə inteqrasiyası baxımından da əhəmiyyətli, faydalı oldu.Mən bütün çıxışlarda peşakarlıq hiss etdim. Gənc alimlərin, ədəbiyyatşünasların hazırlıqlı olduğunu gördüm. Bu, məni sevindirdi. Çıxışlardan anladım ki, onlar məni yaradıcılığıma yaxından bələddilər. Hesab edirəm ki, Azərbaycan Dillər Universiteti ilə Yassı Universiteti, eyni zamanda Rusiya, Qazaxıstan, Gürcüstan, Moldova, Ukrayna universitetləri arasında gələcəkdə də sıx, intensiv əlaqələr olmalıdır”.

Qarabağın dirçəlişi qeyri-neft sektorunun inkişafına ciddi təkan verəcək - Mikayıl Cabbarov
Qarabağın dirçəlişi qeyri-neft sektorunun inkişafına ciddi təkan verəcək - Mikayıl Cabbarov
Sabah Rusiya ilə Azərbaycan pomidor idxalı məsələsini müzakirə edəcək
Sabah Rusiya ilə Azərbaycan pomidor idxalı məsələsini müzakirə edəcək
Britaniya şirkəti Qarabağda yataqların kəşfiyyat işlərini aparacaq
Britaniya şirkəti Qarabağda yataqların kəşfiyyat işlərini aparacaq
Loading Bars
Xəbər lenti
İtaliyanın baş naziri istefa vermək niyyətindədir
Xırdalanda baş verən partlayışdan sonra dağıntılar altından 1 nəfərin meyiti çıxarılıb (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)
Nizami Gəncəvinin yubiley tədbirləri əhəmiyyətli beynəlxalq əməkdaşlıq platformaları formalaşdıracaq
Türkiyədə son sutkada koronavirusdan 6 682 nəfər sağalıb
Azərbaycanın imkanları azad olunan torpaqlarımızda tez bir zamanda həyatın canlanmasına inam yaradır – Komitə sədri
Hikmət Hacıyev "Atlantic Council"ə müsahibəsində regional təhlükəsizliyin quruluşundan danışıb (VİDEO)
Azərbaycan əsasən bu ölkələrə məhsul ixrac edib
Vətən müharibəsinin qəhrəman tankçılarından bir qrupu general Həzi Aslanovun ata ocağını ziyarət edib (FOTO)
Braziliyada ağır yol qəzası baş verib, 21 nəfər ölüb
Britaniyada bir sutkada koronavirusdan 592 nəfər ölüb
Ermənilərin qışqırtdığı qaragüruh dəstə indi niyə susub? - TƏHLİL
Ermənistanda daxili gərginlik, böhran pik həddə: Daha pis günlər qarşıdadır
Mədəniyyət Nazirliyi Nizami Gəncəvi ili ilə əlaqədar müvafiq Fəaliyyət Planı hazırlayacaq
İşğaldan azad edilmiş ərazilərdə torpaq islahatının aparılması üçün yeni mexanizm hazırlanacaq
İşğaldan azad edilmiş ərazilərin bərpası zamanı hər bir iqtisadi rayonun təbii-iqlim şəraiti və profili nəzərə alınacaq
AŞPA İkinci Qarabağ müharibəsi çərçivəsində atəşkəsi alqışlayıb - Avropa Şurasının baş katibi
Nazirlər Kabineti Prezidentin tapşırıqları əsasında 2021-ci il üçün prioritetləri müəyyənləşdirdi (FOTO)
Azərbaycanda bu xəstəliklər artıq yoxdur
Füzuli rayonunun Dövlətyarlı kəndi (FOTO/VİDEO)
Yaponiyada 3 min dollardan ucuz elektromobillər istehsal olunacaq
Azərbaycan Ukraynaya öz istehsalı olan mühərrik yağları ixrac edəcək
Bu pozuntulara görə mindən çox şəxs məsuliyyətə cəlb olunub
Şabranda 2 azyaşlı uşaq yanan evdən sağ çıxarılıb
Prokurorluq Bakıda qadının ölümü ilə bağlı araşdırmalara başladı
Bakıda antisanitar şəraitdə fəaliyyət göstərən müəssisənin fəaliyyəti məhdudlaşdırıldı (FOTO)
Energetika Nazirliyi İctimai Şura üzvlüyünə namizədlərin irəli sürülmə vaxtını elan edib
Azərbaycanda 273 nəfər COVID-19-dan sağalıb, 57 nəfər yoluxub, 11 nəfər vəfat edib
“BakuBus” Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verildi
Lütfi Zadənin 100 illiyik yubileyi qeyd ediləcək
İstanbulda bıçaqlı şəxs 3 Rusiya vətəndaşını yaralayıb
Astara gömrük postunda 21 kq narkotik aşkarlandı (VİDEO)
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
Baş Prokurorluq dəniz quldurları tərəfindən öldürülən azərbaycanlı ilə bağlı məlumat yaydı
Yanvarın 26-na USD/AZN rəsmi məzənnəsi
Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən Əfqan Sadıqov növbəti dəfə qəbul olunub
250 baş qırqovul vəhşi təbiətə buraxılıb (VİDEO)
Azərbaycanda işsizlik səviyyəsi 5 faizdən aşağı düşəcək
Ötən il Azercell-in LTE şəbəkəsinin ölkə üzrə genişlənməsi 85%-dən artıq olub
Azərbaycanda gənclərlə bağlı geniş tədbir keçiriləcək
MEDİA seminarlara başladı (FOTO)
Biznesinizi Yelo bankla genişləndirin
Ceyhun Bayramov İranın xarici işlər naziri ilə görüşüb
2025-ci ilə kimi şəhid ailəsi, qazi və Çernobıl əlillərinin mənzil-məişət şəraiti yaxşılaşdırılacaq - Nazir müavini
Füzuli rayonunun Kürdlər kəndi (FOTO/VİDEO)
“Azərişıq” və “Azəriqaz” kommunal sektorda əməkdaşlıq edəcəklər
Ağcabədidə yaşayış binasının bütün elektrik kabelləri yanıb
Putin onun haqqında hazırlanan filmdəki iddialara münasibət bildirib
Baş Prokurorluqda geniş kollegiya iclası keçirilib
FHN dağlıq ərazilərdə yaşayan və dağlara səfər edən vətəndaşlara müraciət edib (VİDEO)
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsi hesabat verdi
Şəhid ailələri və əlilliyi olanlara veriləcək mənzillərlər bağlı nazirlikdən AÇIQLAMA
Erməni Apostol Kilsəsinin Ermənistan siyasətinə təsiri təhlil edilib (FOTO)
“Azərbaycan Gimnastika Federasiyası” İctimai Birliyinin Ümumi Yığıncağı və İcra Komitəsinin iclası baş tutub (FOTO)
Rusiyalı deputatın adı "qara siyahı"ya salnıb - Leyla Abdullayeva
Kimya sektorunda Egey bölgəsinin ixracat lideri yenə SOCAR-ın Petkim şirkəti oldu (FOTO)
Birinci vitse-prezident Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
Dövlət qulluğu müsabiqənin test imtahanında iştirak etmək üçün qeydiyyat başlayıb
8 prokurorluq işçisi vəzifəsindən azad edilib
Ötən il 30 şəxs tutularaq Azərbaycana ekstradisiya edilib
Dəniz quldurlarının qaçırdığı gəmidə həyatını itirən azərbaycanlı Qabona gətirilib - Çavuşoğlu
Türkiyə sualtı qayığı yerli raketin sınaq atışını keçirib (VİDEO)
Pandemiyadan sonra bizi gözləyən problem: yollarda sıxlıq artacaq
Zaman puldur. Karvannews-la iş tapmaq daha asandır!
İranda bir gündə 100-ə yaxın şəxs koronavirusdan ölüb
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ötən il 39 şəxsi cinayət başında yaxalayıb
Azad olunmuş ərazilərdə şirkətlərimiz işə başlamağa hazırdır - İran XİN başçısı
Azərbaycan Prezidenti: Xudafərin su anbarı ilə bağlı planlar artıq çox aktiv fazadadır
“AzerGold” QSC-də ötən ilin yekunlarına dair onlayn müşavirə keçirilib (FOTO)
Arazın hər iki sahili boyu hər zaman soydaşlıq və dostluq münasibətləri mövcud olub - Məhəmməd Cavad Zərif
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərin yenidən qurulmasında İran şirkətlərini görməyə çox şad olarıq
Prezident İlham Əliyev: Regionda yeni vəziyyətlə əlaqədar yeni imkanlar əməkdaşlığa geniş qapılar açır
Prezident İlham Əliyev müharibə əlilləri və şəhid ailələrinin evlə təmin olunması ilə bağlı sərəncam imzalayıb
Bu ərazilərdə ov etmək qadağandır - Xidmət rəisindən açıqlama (VİDEO)
Ötən il Azərbaycanda 7 yeni partiya qeydiyyata alınıb
Masallı Xəstəxanasının direktoru həbs edildi
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 105-ci kitabı çapdan çıxıb
Ağstafa sakinindən 6 kiloqramdan çox heroin götürülüb (FOTO/VİDEO)
Şəhid polkovnik-leytenant dəfn olundu (FOTO)
281 vəzifəli şəxs barəsində 180 cinayət işinin ibtidai istintaqı tamamlanıb
DİN sahibkarın meşələri məhv etməsi və ev heyvanlarını güllələməsi ilə bağlı iddialara münasibət bildirib
Fermerləri aldadıb pul alan dələduz çobanlar saxlanıldı (FOTO/VİDEO)
DOST mərkəzlərində rekord sayda vətəndaş müraciəti qeydə alınıb (FOTO)
Fındıq bağlarına birdəfəlik əkin subsidiyası torpaq kateqoriyasına görə veriləcək
"Şahdəniz" yatağından hasil olunan kondensat satışından əldə edilən gəlir 220 milyon dolları ötüb
Əfqanıstanda İtaliya səfirliyinin avtomobili partladılıb
Dövlət Neft Fondu "Azəri-Çıraq-Günəşli" layihəsindən gəlirlərini açıqlayıb
2020-ci ildə 254 cinayətkar qrup zərərsizləşdirilib
Bu sahələr fəaliyyətini bərpa etdi (FOTOREPORTAJ)
Ötən il Azərbaycanda 67 min 972 oğlan doğulub
Papua-Yeni Qvineyada güclü zəlzələ olub
“Dostluq” memorandumu Azərbaycanla Türkmənistan arasında yeni perspektivlər açır
Bələdiyyələrlə iş Mərkəzi tərəfindən ötən il 79 858 akt tərtib olunub
Sabahın hava proqnozu açıqlanıb
1,3 milyon manata yaxın cərimə cəzası dövlət büdcəsinə köçürülüb
Kənd və qəsəbələrdə qeydiyyata alınmayan 1312 uşaq aşkarlanıb
Ötən il boşanma ilə bağlı 1182 ərizə qəbul edilib - Ədliyyə Nazirliyi
Suraxanıda evlərdən oğurluq edən dəstə üzvləri saxlanılıb (FOTO/VİDEO)
Elmar Qasımov imtahan ərəfəsində tələbələrlə görüşüb
Məktəblərdə birinci yarımil üzrə qiymətləndirmə keçirilir (FOTO)
Azərbaycan və İran Xarici işlər nazirləri arasında görüş keçirilir (FOTO/VİDEO)
Bütün xəbərlər