Milli Məclisin komitə iclasında koronavirusla bağlı məsələ müzakirə edilib

Milli Məclisin komitə iclasında koronavirusla bağlı məsələ müzakirə edilib

Bakı. Elçin Mehdiyev – Trend:

Dekabrın 7-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin onlayn formatda iclası keçirilib.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, onlayn iclasda əvvəlcə “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi müzakirə edilib.

Komitə sədri Musa Quliyev bildirib ki, sentyabrın 27-dən başlayan 44 günlük müharibə ilə Azərbaycan ordusu xalqımıza unudulmaz zəfər bəxş edib. Bu zəfər Azərbaycanın dövlətçilik tarixinə və döyüş salnaməsinə qızıl hərflərlə həkk edilib. M.Quliyev başda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev olmaqla bu möhtəşəm qələbədə əməyi olan əsgər və zabitlərimizi, qazilərimizi təbrik edib, şəhidlərimizə Allahdan rəhmət diləyib.

M.Quliyev deyib ki, Əmək Məcəlləsinə təklif olunan dəyişikliklər ölkə başçısının 2 dekabr 2020-ci il tarixli “Azərbaycan Respublikasında Anım gününün təsis edilməsi haqqında” və 3 dekabr 2020-ci il tarixli “Azərbaycan Respublikasında Zəfər gününün təsis edilməsi haqqında” Sərəncamlarından irəli gəlib. Layihəyə əsasən Əmək Məcəlləsinin 105-ci maddəsində nəzərdə tutulan bayram günlərinin siyahısına 8 noyabr - Zəfər günü də əlavə edilir və qeyri-iş günü olan bayram günlərinə aid edilir. Digər bir dəyişikliklə isə Məcəlləyə yeni - 106.1-ci maddə əlavə edilir: “Hər il sentyabrın 27-si Azərbaycan Respublikasının işğal altındakı torpaqlarının azad edilməsi uğrunda həlak olan şəhidlərin xatirəsini yad etmə günü - “Azərbaycan Respublikasında Anım günü”dür. Həmin gün iş günü hesab edilir.

Qanun layihəsi yekdilliklə Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə edilib.

Onlayn iclasda gündəmin aktual məsələlərindən olan “Koronavirus pandemiyası dövründə sosial müdafiə tədbirləri” ilə bağlı komitədaxili dinləmə keçirilib.

Komitənin üzvü Soltan Məmmədov mövzu ilə bağlı məlumatları diqqətə çatdırıb. Deputat bildirib ki, koronavirus pandemiyası bütün dünya dövlətləri, o cümlədən Azərbaycan üçün ciddi sınaqlar yaradıb. Beynəlxalq əməkdaşlıq, dünya təcrübəsinin öyrənilməsi, ölkənin imkanlarının tam səfərbər edilməsi, fövqəladə vəziyyətlərə hazırlıq, qabaqlayıcı addımların atılması sahəsində Azərbaycan virusun yayılma sürətini xeyli azalda bilib. Pandemiya dövründə ölkəmizdə həyata keçirilən düzgün dövlət siyasəti, xüsusi karantin rejiminin tətbiqi, məhdudlaşdırıcı tədbirlər və virusun tez aşkarlanması sayəsində nisbətən az itkilər müşahidə olunub.

Deputat onlayn iclas iştirakçılarının nəzərinə çatdırıb ki, ilin əvvəlində koronavirus testlərinin aparılması üzrə ölkədə cəmi 6 laboratoriya fəaliyyət göstərirdisə, artıq belə laboratoriyaların sayı 40-ı keçib. İstifadə edilən reaktivlər ən yüksək standartlara cavab verir.

S.Məmmədov virusla mübarizədə Azərbaycan səhiyyə sisteminin rolu, stasionar tibbi personalın hazırlıq səviyyəsi ilə bağlı ətraflı danışıb. O, vurğulayıb ki, yoluxma səviyyəsinə uyğun olaraq koronavirusa yoluxmuş xəstələr 46 dövlət xəstəxanasında müalicə ala bilirlər. Tələb olunan avadanlıqlar, çarpayı sayı, modul tipli xəstəxanaların sayı kifayət qədər artırılıb.

Komitə üzvü COVİD-19 pandemiyası dövründə aparılan maarifləndirmə xarakterli tədbirlərdən də söz açıb və pandemiyanın ölkənin sosial-iqtisadi vəziyyətinə təsirləri barədə məlumat verib. Qeyd olunub ki, ölkəmizin hazırkı yoluxma statistikası ürəkaçan olmasa da, onun minimuma endirilməsi üçün hamı birlikdə mübarizə aparmalıdır. Deputat indiki şəraitdə daha çox məsuliyyətin vətəndaşların üzərinə düşdüyünü deyib və hər kəsi qaydalara ciddi riayət etməyə çağırıb.

Sonra komitədə “Müharibə veteranlarının, qazilərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial psixoloji adaptasiyasına dair” komitədaxili dinləmə keçirilib.

Məsələ ilə bağlı məlumat verən komitə üzvü Vüqar Bayramov deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev şəhid ailələri və müharibə əlillərinin sosial təminatının gücləndirilməsini dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirib. Onlara dövlət qayğısının artırılması daim diqqət mərkəzindədir. Hazırda Azərbaycanda şəhid ailələrinin üzvləri üçün 20 birbaşa və təşviqedici dəstək mexanizmi icra olunur. Belə ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanuna uyğun olaraq, hər şəhid ailəsinə 11000 manat məbləğində sığorta ödənişi həyata keçirilir. Hər şəhid ailəsinə 300 manat Prezident təqaüdü verilir. Şəhidlərin ailə üzvlərinin əmək pensiyasının sığorta hissəsinə 93,5 manat məbləğində əlavə hesablanır.

Deputat bildirib ki, mənzil təminatı da daxil olmaqla belə ailələr üçün fərqli dəstək mexanizmləri icra olunmaqdadır. Müharibə əlilləri üçün 12 birbaşa və təşviqedici güzəşt icra edilir. Birinci, ikinci və üçüncü qrup müharibə əlillərinə müvafiq olaraq 8800 manat, 6600 manat, 4400 manat, ağır xəsarət (yaralanma, travma, kontuziya) alan müharibə iştirakçılarına 2750 manat və yüngül xəsarət (yaralanma, travma, kontuziya) alanlara isə 550 manat sığorta ödənişi həyata keçirilir. Əmək pensiyası almaq hüququ olmayan əlillərə (hərbi xidmət dövründə xəstələnmə, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, hərbi xidmət vəzifələrini yerinə yetirməklə, Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar) - I dərəcə əlilliyi olan şəxslərə 150 manat, II dərəcə əlilliyi olan şəxslərə 130 manat, III dərəcə əlilliyi olan şəxslərə 110 manat məbləğində sosial müavinət verilməsi müəyyən olunub. Belə şəxslərə müvafiq qaydada 250 manat, 230 manat və 210 manat məbləğində Prezident təqaüdü ödənilir. Əlilliyə görə mülki vətəndaşlara ödənilən əmək pensiyasının orta aylıq məbləği 261 manat, hərbi qulluqçulara ödənilən əmək pensiyasının orta aylıq məbləği isə 515 manat təşkil edir. Onlar üçün pulsuz tibbi müalicə kursları tətbiq edilir.

V.Bayramov çıxışında bildirib ki, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə-kəndli təsərrüfatının üzvləri məşğul hesab olunurlar. Xeyli sayda şahid ailələri və müharibə əlillərinin pay torpaqları var və onlar məhz bu səbəbdən məşğul hesab olunurlar. Bu da bir sıra hallarda belə ailələrin sosial proqramlara çıxış imkanlarını məhdudlaşdırır. Deputat bu məhdudiyyətin aradan qaldırılması ilə bağlı qanunvericiliyə yeni maddənin əlavə edilməsini təklif edib.

Deputat müharibə əlillərinə güzəştli ipoteka krediti almaq hüququnun verilməsi, müharibə əlillərinin övladlarına da şəhid ailələrində olduğu kimi dövlət ali, orta ixtisas və peşə təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda ödənişsiz formada təhsil almaq hüququnun verilməsi ilə bağlı təkliflərini səsləndirib.

Komitə üzvləri Rauf Əliyev, Ziyad Səmədzadə, Səttar Mehbalıyev, Əziz Ələkbərli, Jalə Əliyeva, Məlahət İbrahimqızı, Arzu Nağıyev, İlham Məmmədov, Aqil Məmmədov müzakirə edilən məsələlərlə bağlı fikirlərini bildiriblər.

İclasın sonunda hər iki dinləmənin pandemiya bitdikdən sonra geniş auditoriyada, aidiyyəti icra hakimiyyəti orqanlarının, mütəxəssislərin və QHT nümayəndələrinin iştirakı ilə keçirilməsi qərara alınıb.

AZAL Bakıdan Kiyevə xüsusi reyslərin icrasına başlayır
AZAL Bakıdan Kiyevə xüsusi reyslərin icrasına başlayır
İşğadan azad edilmiş ərazilərdə yetişdiriləcək əsas kənd təsərrüfatı məhsulları bunlar olacaq
İşğadan azad edilmiş ərazilərdə yetişdiriləcək əsas kənd təsərrüfatı məhsulları bunlar olacaq
Energetika Nazirliyində kollegiya iclası keçirilib
Energetika Nazirliyində kollegiya iclası keçirilib
Loading Bars
Xəbər lenti
Böyük Britaniya Nümayəndələr Palatasının veb-saytında Xocalı soyqırımı ilə bağlı bəyanat yerləşdirilib
İtalyan jurnalist: Xocalı faciəsinin səbəbkarları cəzalandırılmalıdır
Göygöldə tikili yanıb
AZAL Bakıdan Kiyevə xüsusi reyslərin icrasına başlayır
Vladimir Putin ilə Nikol Paşinyan arasında telefon danışığı olub
Prezident İlham Əliyev: Bizim müvafiq strukturlarımızla beynəlxalq şirkətlər arasında əməkdaşlıq üçün böyük imkan olacaq
Azərbaycan Prezidenti: Biz hər bir şəhərin yenidən qurulması üçün baş plan hazırlayırıq
Prezident İlham Əliyev: Azərbaycan şəhərlərinin müasirləşdirilməsi prosesi davam edir
İşğadan azad edilmiş ərazilərdə yetişdiriləcək əsas kənd təsərrüfatı məhsulları bunlar olacaq
Mediada yeni düşüncə, yeni layihə və yeni baxış prizmasına ehtiyac var - Bəhruz Quliyev
Könüllülər Xocalı soyqırımına həsr olunmuş tədbir keçirdi
Qeyri-formal məşğulluğun fəsadları: İnsanlar bu hüquqlarından məhrum olurlar
Peşə təhsili üzrə “Dərs vaxtı”nın fevralın 26-na olan cədvəli
Həmsədrlər Azərbaycanın azad edilmiş ərazilərinin bərpasına dəstək göstərməlidir - Azay Quliyev
Ceyhun Bayramov İsrailin səfiri ilə görüşüb (FOTO)
ASAN könüllülərindən minlərlə uşağı əhatə edən növbəti layihə (FOTO)
Paşinyanın bəyanatı növbəti dəfə Rusiyanın nüfüzuna endirilən xain və sarsıdıcı bir zərbə oldu - Hərbi ekspert
ATƏT-in hazırkı sədri Azərbaycana səfər etmək niyyətindədir
Ağdamdakı dağıntılar rusiyalı jurnalistləri dəhşətə gətirdi - Trend TV-nin REPORTAJI
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
Energetika Nazirliyində kollegiya iclası keçirilib
Azərbaycan İlahiyyat İnstitutunda Xocalı soyqırımı anılıb (FOTO)
Xocalı: Tarixə Qayıdış adlı Anım tədbiri (FOTO)
Bakıda Pakistan hərbi nümayəndə heyəti ilə görüş keçirilib
İordaniya-Azərbaycan dostluq rəmzini bildirən dairədə Xocalı soyqırımı anılıb (FOTO)
“Dostluq” yatağına dair İşçi Qrup yaradıldı - SƏRƏNCAM
Boston şəhər meri 26 fevral tarixini Xocalı soyqırımının anım günü elan edib
"Xocalı: Soyqırımın xroniikası" kitabı Ukrayna dilində təqdim edilib (FOTO)
Həmvətənlərimiz Finlandiya parlamentinə müraciət edib
ATƏT Azərbaycanın azad edilmiş ərazilərində vasitəçilik missiyalarını təşkil etməyə hazırdır
Polis zabitləri Paşinyanın istefası tələbinə qoşuldu
Xocalı soyqırımı qurbanlarının ruhu dünyanı haqqın səsinə səs verməyə çağırır - Vüqar Rəhimzadə
Yelo bankdan hamıya 14.9% ilə nağd kredit
MDU-da “Tədris prosesində innovasiya və sahibkarlıq yanaşmaları” mövzusunda təlim keçirilib (FOTO)
Şaxtadan qorunmaq üçün qurulan çadırlara 200-ə yaxın vətəndaş üz tutub - Trend TV
Prezident İlham Əliyev "Signify" şirkətinin baş icraçı direktorunu və şirkətin rəhbərliyinin digər nümayəndələrini videoformatda qəbul edib (FOTO) (YENİLƏNİB)
Paşinyanın bəyanatı Rusiyanın hərb sənayesinə zərbə vurmaq niyyətini güdür - Siyasi şərhçi
Həftə sonu bu ərazilərdə yenidən yarmarkalar keçiriləcək
Bakı və Sumqayıtda temperatur yüksəlib - FAKTİKİ HAVA
Azərbaycanın avtomobil yollarındakı SON VƏZİYYƏT
Azərbaycanda 126 nəfər COVID-19-a yoluxub, 142 nəfər sağalıb, 3 nəfər vəfat edib
Prezident İlham Əliyev: Ermənistan heç vaxt bu cür acınacaqlı vəziyyətdə olmayıb
UNEC-də Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan beynəlxalq tədbir keçirilib (FOTO)
Azərbaycana gələn türkiyəli mütəxəssislər 520 nəfərə yardım edib
Böyükşor və Zığ gölləri ilə bağlı fərman və sərəncamda dəyişiklik edildi
Ağcabədi sakinindən 10 kiloqram narkotik götürüldü
Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum olub
Prezident İlham Əliyev: Hər zaman şəhid ailələrinin üzvləri və müharibə əlillərinin yanında olacağam
Prezident İlham Əliyev: Bizdə olan məlumata görə, təqribən 6-7 min işğalçı məhv edilibdir
Azərbaycan Prezidenti: Müharibənin son gününə qədər Ermənistana gündə bir neçə təyyarə pulsuz silah gətirilirdi
Sabah bu marşrutların hərəkət xətti dəyişdiriləcək
Prezident İlham Əliyev: Göstərdik ki, müzəffər xalq Azərbaycan xalqıdır
Azərbaycan Prezidenti: Xocalı qurbanlarının da qanı İkinci Qarabağ müharibəsində alındı
Azərbaycan Prezidenti: Əgər kimsə revanşist fikirlərlə yaşayırsa, bax, bu yumruğu görəcək
Prezident İlham Əliyev: Həmin o “İskəndər” raketlərini Ermənistan pulla alıb? Pulsuz alıb
Prezident İlham Əliyev: Biz bütün bu illər ərzində müharibəyə hazırlaşırdıq, bunu heç gizlətmirdik
Azərbaycan Prezidenti: AXC-Müsavat cütlüyünün dövründə Şuşanın, Laçının, Kəlbəcərin düşmənə verilməsi böyük xəyanət idi
Prezident İlham Əliyev: Azərbaycan Ordusunda bir nəfər də fərari olmamışdır
Pakistan şirkətlərinin işğaldan azad olunan ərazilərin bərpasına cəlbi müzakirə edilib (FOTO)
Azərbaycan Prezidenti: Ermənistanda müharibədə həlak olanların yaxınlarına nəinki ev, bir daxma da verilmir
Prezident İlham Əliyev: Şəhid olmuş övladlarımızın ailələrinə bu ilin sonuna qədər mənzillər veriləcək
Daha bir Vətən müharibəsi iştirakçısına vəzifə verildi (FOTO)
Ermənistanın güc strukturları çevriliş cəhdi ilə bağlı bəyanat yaydı
“Dostluq” yatağına dair Anlaşma Memorandumu təsdiqləndi
Silk Way West Airlines tibbi təyinatlı yüklərin qlobal daşınmasında aparıcı rol oynamağa hazırdır
Cəbrayılda daha bir nəfər minaya düşdü
Yerevan səmasında qırıcılar göründü (VİDEO)
Dağlıq ərazilərdə qarölçmə işlərinə başlanılacaq
Özünü vəzifəli şəxs kimi təqdim edərək vətəndaşları aldadan şəxs ifşa edildi
Xocalı faciəsi bəşəriyyətə qarşı cinayətdir - Kamaləddin Qafarov
“Xocalıya ədalət” kampaniyası çərçivəsində “Xocalı Nişanəsi” filmi təqdim edilib (VİDEO)
AzTV-də "Qətl planı" - Tarixi qətllər araşdırılacaq (FOTO/VİDEO)
İranda 94 nəfər koronavirusdan ölüb
Ermənistan növbəti çevriliş astanasında - Əhali küçələrə axışır (VİDEO)
Türkiyəli həkimlər 150-dən çox qazimizi müayinə edib (FOTO)
Mediada zəruri islahatlar: Yenilikçi, yaradıcı, qərəzsiz medianın formalaşması üçün nələr edilməlidir? – ŞƏRH
Bank Respublika 2019 – 2020-ci illərdə keçirdiyi layihələr üzrə “Ən fəal bank” mükafatını qazanıb
Pakistanın Sərhəd İşləri Təşkilatının Baş direktoru Bakıya gəlib (FOTO)
Möhtəşəm Triumf Palace layihəsində sərfəli şərtlərlə mənzillər əldə edə bilərsiniz (FOTO)
Prezident İlham Əliyev Ramanada şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində iştirak edib (FOTO) (YENİLƏNİB)
Sabah hava yağmursuz olacaq
Prezident İlham Əliyev Şağan Reabilitasiya Pansionatının açılışında iştirak edib (FOTO/VİDEO)
Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Ukraynada dəyirmi masa keçirilib (FOTO)
“AccessBank”da yeni İcraçı Direktorlar təyin edilib (FOTO)
Xocalı soyqırımı qurbanlarının qisası alındı - Deputat
Küveyt mediasında Xocalı soyqırımı barədə məqalələr dərc olunub
Ölkədə peyvənd olunanlar daha çox bu yaşda olanlardır - STATİSTİKA
Azəbaycanlılar Polşa seymini Xocalı soyqırımını tanımağa çağırıblar
Azərbaycanda 207 mindən çox insan koronavirusa qarşı peyvənd olunub - RƏSMİ
ÜST bölgələrdə işləyən tibb işçiləri üçün təlimlər keçirir
“Bakcell”dən onlayn iş və təhsil üçün internet paketi
Nazirlikdən İTV-də polisin fəaliyyətinin tənqid edilməsi ilə bağlı AÇIQLAMA
Qarda yıxılaraq xəsarət alanların sayı artıb (ƏLAVƏ OLUNUB)
Xəzər dənizinin Azərbaycan sektorunda ən sərt qış mövsümü 97 il əvvəl olub - Coğrafiya İnstitutu
"Xocalı soyqırımını unutma!" mövzusunda videokonfrans təşkil edilib (FOTO)
Fevralın 26-da “Ana harayı” abidəsini ziyarət əvvəlki illərdən fərqli təşkil ediləcək - DİN
Çörəyin qiymətinin artması iddiaları ilə bağlı RƏSMİ AÇIQLAMA
Prokurorluq Bərdə Peşə Liseyinin direktorunun həbsi ilə bağlı məlumat yayıb
Dələduzluğa görə axtarışda olan qadın 6 il sonra saxlanıldı
Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilən virtual elmi konfrans keçirilib (FOTO)
Bütün xəbərlər