...

Anama demək istəyərdim ki, mən daha böyük zirvəyə qalxmışam...Şəhidlərin xatirəsinə həsr olunmuş "Olmayan Bir Müsahibə ..." (FOTO)

Cəmiyyət Materials 11 Dekabr 2020 01:04 (UTC +04:00)
Anama demək istəyərdim ki, mən daha böyük zirvəyə qalxmışam...Şəhidlərin xatirəsinə həsr olunmuş "Olmayan Bir Müsahibə ..." (FOTO)

Bakı. Trend:

Azərbaycan yazıçısı Nərminə Məmmədzadə Trend Life-a ikinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş "Olmayan Bir Müsahibə ..." adlı silsilə materiallar təqdim edir.

Bu material Ümüd Xəncəlova həsr edilmişdir...

- Salam, Ümüd.

- Salam.

- Danışaq?

- Əlbəttə ki!

- Necə oldu ki, müharibəyə getdin?

- Başqa cür ola bilərdi bəyəm? Mən kəşfiyyatçıyam, vətən mənsiz necə ola bilərdi ki?

- Heç cür... Axı sən bizim Ümidimizsən...

- Hə, can mama deyərdi ki, can Ümüd, sənə ümid bağlamışıq (gülümsəyir).

- Ümüd, mən sənin ananı çox sevdim, Məryəm xanım bir söhbətlə mənə elə yaxın oldu ki...

- Hə, can mama elədir, müharibəyə gedəndə ona demədim... Amma girdim otağa dedim ki, gəl səni çoxlu öpüm qucağlayım. O zaman başa düşmədi... Elə bilirdi ki, həmişəki kimi gedirəm...

- Niyə demədin?

- Qorxacaqdı...nə bilim. Bəzən elə şeyləri heç anlatmaq da olmur.Balalarımı da o qədər öpdüm ki, qoxuları yadımda qalsın...

- Qaldı?

- Vətən qoxusu onlara qarışdı.

- Ümüd, evə tez-tez zənq edirdin?

- Hə, çalışırdım, sentyabrın 28-i anama zənq etdim, artıq müharibədə olduğumu dedim. Sonra isə hər gün əlaqə saxlayırdım, oktyabırın 6-a kimi...

- O zaman harda idin?

- Cəbrayılı aldıq, Füzuliyə girəcəkdik... Alınmadı, amma çox istəyirdim Şuşaya kimi gedim, düşmənin cavabını verim (gülür).

- Sən Cəbrayılı azad edərək ordumuza Şuşaya girməkdə kömək etdin. Ona görə elə hamınız müharibəni axıracan keçdiniz...

- Ola bilər, heç mən belə düşünməmişdim (gülür).

- Ümüdün ümidi var idi?

- Hə (gülür), bəs necə! Müharibədən sonra uşağlarımı götürüb istirahətə getmək istəyirdim, Şahdağın zirvəsinə... Alınmadı...

- Ümüd ,son sözün varmı?

- Var... Anama demək istəyərdim ki, mən daha böyük zirvəyə qalxmışam. Ağlamasın, mənimlə fəxr etsin. Ümidini heç zaman itirməsin.

Xəbər lenti

Xəbər lenti