...

Bakıda tıxac var: Avtobuslar gecikir (FOTO)

Cəmiyyət Materials 11 Dekabr 2020 16:44 (UTC +04:00)
Bakıda tıxac var: Avtobuslar gecikir (FOTO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Hazırda əksər küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq, tıxac müşahidə olunur.

Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən (BNA) bildiriblər. Bu səbəbdən də bütün istiqamətlərdə müntəzəm və ekspres xətlər üzrə avtobusların hərəkətində çətinliklər yaranıb. Hərəkət intervalında gecikmələr var. Fərdi avtomobil sürücülərindən avtobusların hərəkət üstünlüyünə anlayışla yanaşmalırını xahiş edirik.

Sıxlıq olan küçələr aşağıda qeyd olunanlardır:

Heydər Əliyev prospekti hər iki istiqamət kənar yol
Ağa Neymətulla küçəsi
Akademik Həsən Əliyev küçəsi
Koroğlu Rəhimov küçəsi
Təbrik küçəsi
Ziya Bünyadov prospekti
Babək prospekti ilə Yusif Səfərov küçəsinin kəsişməsi
Tbilisi prospekti

Məqalədə:
Xəbər lenti

Xəbər lenti