...

Perspektivli gənclər AMEA-nı tərk edərək özəl təşkilatlara üz tuturlar - Akademiyanın vitse-prezidenti

Cəmiyyət Materials 22 Dekabr 2020 20:51 (UTC +04:00)
Perspektivli gənclər AMEA-nı tərk edərək özəl təşkilatlara üz tuturlar - Akademiyanın vitse-prezidenti

Bakı. İlhamə İsabalayeva - Trend:

Təəssüflə qeyd etmək lazımdır ki, bir çox perspektivli gənclər AMEA-nı tərk edərək yüksək məvacib vəd edən özəl təşkilatlara üz tuturlar.

Trend-in məlumatına görə, bunu AMEA-nın vitse-prezidenti, Kimya Elmləri Bölməsinin sədri, akademik Dilqəm Tağıyev deyib.

Onun sözlərinə görə, AMEA-da magistratura təhsilinin başlanması və doktorantura sisteminin davam etdirilməsi kimya institutlarının gənc və yüksəkixtisaslı tədqiqatçılarla təmin edilməsi baxımından müsbət rol oynayır. Gənc tədqiqatçılar Azərbaycan Prezidentinin mükafatına layiq görülmüş, müxtəlif müsabiqələrin qalibi olmuşlar:

"Son illərdə gənc kimyaçılarımız Almaniyada, İtaliyada, Tayvanda, İspaniyada, Türkiyədə, Macarıstanda və digər ölkələrdə təcrübə keçmiş, birgə tədqiqatlar aparmışlar ki, bu da onların tədqiqatçı kimi yetkinləşməsində mühüm rol oynayır. Lakin təəssüflə qeyd etmək lazımdır ki, bir çox perspektivli gənclər institutlarımızı tərk edərək yüksək məvacib vəd edən BP, SOCAR və digər özəl təşkilatlara üz tuturlar. Ona görə gənclərin elmi fəaliyyətini stimullaşdırmaq üçün AMEA-da müxtəlif müsabiqələr keçirilir, görkəmli alimlərin adına mükafatlar təsis edilir, gənc kimyaçılar üçün yay məktəbləri təşkil edilir, konfranslarda iştirakları təmin edilir. Lakin bunlar gəncləri elmə cəlb etmək, AMEA-da saxlamaq üçün kifayət deyil".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti