...

Bakının əsas magistrallarında sürət həddi endirildi

Cəmiyyət Materials 23 Dekabr 2020 09:44 (UTC +04:00)
Bakının əsas magistrallarında sürət həddi endirildi

Bakı. Samir Əli - Trend:

Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar H.Əliyev prospekti-Hava limanı-Mərdəkan və Zığ-Beton yolu-Hava limanı yollarında sürət həddi bütün zolaqlar üzrə müvafiq olaraq endirilib.

Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Məlumatda bildirilir ki, sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmaları xahiş olunur.

Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamaq və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti