...

Mingəçevir Dövlət universitetinin təqaüdə ayrılmış müəllimi Əli Məmmədov vəfat edib

Cəmiyyət Materials 3 Yanvar 2021 13:50 (UTC +04:00)
Mingəçevir Dövlət universitetinin təqaüdə ayrılmış müəllimi Əli Məmmədov vəfat edib

Bakı. Trend:

Mingəçevir Dövlət universitetinin təqaüdə ayrılmış müəllimi Əli Məmmədov rəhmətə gedib.

Universitetdən Trend-ə verilən məlumata görə, Məmmədov Əli Hüseyn oğlu 1936-cı ildə Şəki rayonun Fazıl kəndində anadan olub. 1955-1960-cı illərdə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu “Avtomatika, telemexanika, elektrik ölçü cihazları və qurğuları, mühəndis elektrik” ixtisasını bitirib.

21 sentyabr 1968-ci ildə Mingəçevir Politexnik Texnikumunda müəllim, daha sonra “İstehsalat təlimi” üzrə rəhbər, “Tədris Hissə” müdiri işləyib. Əli müəllim 1991-ci ildən 2020-ci il sentyabrın 15-nə qədər Universitetdə fəaliyyət göstərmişdir.

Ömrünün 85-ci qışında həyata vida edən Əli müəllimə rəhmət diləyir, MDU ailəsi adından yaxınlarına dərin hüznlə baş sağlığı veririk.

Qeyd edək ki, 2020-ci il 15 sentyabr tarixində təqaüdə ayrılması münasibətilə Mingəçevir Dövlət Universitetində Əli müəllimlə görüş keçirilmiş, rektor Şahin Bayramov tərəfindən Fəxri Fərman və Təşəkkürnamə ilə təltif olunan Əli müəllim bu görüşdən xoş təəssüratlarla ayrılmışdı.

Allah rəhmət eləsin!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti