Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə 2014-cü ildən fəaliyyət göstərən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi cari ili uğurla başa vurdu. Dövlət başçısının tövsiyəsi ilə BBMM sadəcə ölkə daxilində deyil, eyni zamanda bir sıra xarici ölkələrdə də Azərbaycandakı etno-mədəni və konfessional müxtəliflik, multikulturalizmin dövlət siyasəti müstəvisində həyata kecirilməsi, bu modelin mədəniyyətlərarası və dinlərarası dialoqda oynadığı qlobal rol mövzusunda konfranslar, dəyirmi masalar, görüşlər həyata keçirdi. Tədbirlərdə Azərbaycandakı etnik qruplar, onların əsrlər boyu qarşılıqlı anlaşma şəraitində yaşaması, eləcə də, multikultural cəmiyyətdəki inteqrasiya və idarəetmə siyasəti barədə geniş məlumat verilib, müzakirələr aparılıb.
2020-ci ildə bütünlükdə dünya ölkələrində tüğyan edən pandemiya səbəbindən, BBMM-in də bir çox yerli və beynəlxalq səviyyəli tədbiri təxirə salındı. Bəzi tədbirlər isə pandemiya şəraitinin şərlərinə uyğun olaraq, online şəkildə həyata keçirildi.
2020-ci ili Azərbaycanın Zəfər ilinə çevirən 44 günlük Vətən müharibəsi dövründə də Multikulturalizm Mərkəzi Azərbaycanın burada yaşayan bütün xalqların Ana Vətəni olduğunu bir daha vurğulayan fəaliyyət nümayiş etdirib.
ci il ərzində ölkə daxilində gerçəkləşən yerli və beynəlxalq əhəmiyyətli tədbirlər içərisində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr edilmiş elmi konfransı, “Holokost və Xocalı – müasirlərin gözü ilə”, eləcə də “Xocalı soyqırımı”nın 28-cı ildönümünə həsr edilmiş dəyirmi masaları, habelə Novruz bayramı münasibətilə ölkəmizdəki etnik qrupların və konfessiya nümayəndələrinin iştirakı ilə ənənəvi bayram tədbirini xüsusi qeyd etmək olar.
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə BBMM-in yaradılmasının 6 illiyinə həsr edilmiş Mərkəzin xarici ölkələrdəki filiallarının həyata keçirdiyi tədbirlər, Azərbaycanda mövcud olan etnik və dini icmalarla birgə 15 iyun - Milli Qurtuluş Gününə ithaf edilən dəyirmi masa və “Qafqaz Albaniyası irsi” mövzusunda təşkil olunan videokonfrans pandemiya şəraiti ilə əlaqədar online şəkildə gerçəkləşdirilmişdir. Eyni zamanda, ali məktəblərin bakalavr pilləsi üçün tədris proqramına əsas fənn kimi daxil olan “Multikulturalizmə giriş” fənnini tədris edəcək müəllimlər üçün treninqlərin təşkili də online həyata keçirilib.
Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanda yaşayan azsaylı xalqların nümayəndələri və dini konfessiya rəhbərlərinin Dağlıq Qarabağda 44 günlük müharibə müddətində dövlət başçısı İlham Əliyevə, Azərbaycan xalqına və beynəlxalq təşkilatların rəhbərlərinə müraciətləri və məktubları hazırlanaraq ünvanlara çardırılıb, habelə ölkədaxili və xarici mətbuatda çoxsaylı müsahibələri təqdim olunub. Ermənilərin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində törətdiyi mədəni terror və beynəlxalq təşkilatların bu mözuya laqeyd münasibəti məsələsi də BBMM tərəfindən diqqət mərkəzində saxlanılıb.
BBMM-in Rusiya, ABŞ, Bolqarıstan, Almaniya nümayəndəliklərində, eləcə də Mərkəzin dəstəyi ilə Ukrayna və Xorvatiyada Xocalı soyqrımının 28-ci ildönümünə həsr olunmuş anım tədbirləri təşkil edilib.
Ənənəvi olaraq keçirilən Beynəlxalq Multikulturalizm Qış Məktəbinin X buraxılışı baş tutub. “Azərbaycan multikulturalizmi modelinin bəşəri sülhə töhfəsi” mövzusuna həsr edilən Qış Məktəbində 20-dən çox ölkədən 25 tələbə iştirak edib.
Ötən ilin 8-12 mart tarixlərində Multikulturalizm Mərkəzi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycanın Los Anceles şəhərindəki Baş Konsulluğunun təşkilatçılığı və ABŞ-ın Yuta ştatında yerləşən Stirlinq Fondunun dəvəti ilə həmin ştatda “Azərbaycan multikulturalizmi modeli və dinlərarası dialoq” mövzusuna həsr olunmuş beynəlxalq konfrans və bir sıra görüşlər keçirilib. Görüşlər çərçivəsində ABŞ-ın Yuta Ştat Senatı Azərbaycanın dinlərarası harmoniya və multikulturalizm ənənələrini təqdir edən bəyannamə qəbul edib.
Xarici ölkələrdə gerçəkləşdirilən tədbirlər sırasında BBMM və Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyinin təşkilatçılığı ilə Taras Şevçenko adına Kiyev Milli Universitetində, Kiyev Milli Mədəniyyət və İncəsənət Universitetində, V.İ.Vernadski adına Tavriçeski Milli Universitetində, Boris Qrinçenko adına Kiyev Universitetində, “Jitomirskaya politexnika” Universitetində Azərbaycan multikulturalizmi modelinin təbliğinə istiqamətlənmiş mühazirə və təqdimatların, eləcə də esse müsabiqəsinin təşkilini xüsusi vurğulamaq lazımdır.
Mövzud pandemiya şərtlərinə baxmayaraq, Brüsseldə “Mədəniyyətlərarası və dinlərarası dialoqda dini kimliyin rolu: Azərbaycan və Belçika modeli” haqqında, ABŞ-da "Multikulturalizm təhlükəsizliyin və barışın açarıdır" adlı beynəlxalq videokonfranslar təşkil olunub. Habelə, Azərbaycan Respublikasının Braziliyadakı, Argentinadakı və Uruqvaydakı Səfirliklərinin və Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə Braziliyanın Braziliya Federal Universiteti və Rio de Janeyro Universitetlərində, Argentinanın Belqrano Universiteti, Boenes Aires Universiteti, Salvador və La-Plata Universitetlərində, Uruqvayın Katolik Universitetində Azərbaycan multikulturalizmi modelinin təqdimatına həsr olunmuş silsilə online seminarlar keçirilib.
Azərbaycan multikulturalizmi fənnini dinləyən ABŞ, Kamerun, Portuqaliya, Xorvatiya, Almaniya, Estoniya, Ukrayna və Qırğızıstandan olan tələbələrin 44 günlük Vətən Müharibəsi dövründə video müraciətləri və məktublar vasitəsi ilə Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyinin sosial şəbəkələr üzərindən təbliği həyata keçirilib. Bununla yanaşı, Hindistanın Şri-Şri Universiteti, Rumıniyanın Aleksandr İoano Kuza Universiteti, Ukraynanın Taras Şevçenko adına Kiev Milli Universitetində və Yaponiyanın Hokkaydo Universitetində “Azərbaycan multikulturalizmi modeli və Dağlıq Qarabağ münaqişəsi” mövzusunda elmi seminarların təşkil olunub.
Ötən ildə Avstraliyanın Qriffit Universiteti ilə BBMM arasında anlaşma memorandumu imzalanmış, Kliment Oxridski adına Müqəddəs Sofiya Universitetində “Azərbaycanda etnik və dini müxtəliflik” adlı elmi seminarın təşkil edilib.
Multikulturalizm Mərkəzinin əməkdaşları 2020-ci il ərzində müxtəlif xarici ölkələrdə təşkil olunan bir çox beynəlxalq əhəmiyyətli tədbirlərə qatılıb, məruzələrlə çıxış ediblər. Belə tədbirlər sırasında Albaniyanın paytaxtı Tirana şəhərində “ATƏT regionunda anti-semitizmlə mübarizə” mövzusunda keçirilən konfransı, BMT-nin Azlıqların Məsələlərinə dair Forumunun 13-cü sessiyasını, Avropa Şurasının “Nifrət nitqi ilə mübarizə” üzrə ekspert komitəsinin birinci və ikinci toplantılarını, Rusiya-Azərbaycan Gənclər Forumunu və digərlərini qeyd etmək olar.
BBMM-in 2015-ci ildən həyata keçirilən “Azərbaycan multikulturalizmi” fənninin yerli və xarici ölkə universitetlərində tədrisi layihəsi çərçivəsində hazırda dünyanın 22 aparıcı universitetində (Bolqarıstan, Rusiya, Çexiya, Litva, Almaniya, İndoneziya, Gürcüstan, Portuqaliya, Polşa, Türkiyə, İtaliya, İsveçrə, Almaniya, Belarus, Ukrayna, İsveç, Yaponiya, Hindistan, Ruminiya, Braziliya) “Azərbaycan multikulturalizmi” fənni magistratura pilləsində tədris olunur. 2020-ci il ərzində 11 xarici ölkə universitetində (Ural Federal Universiteti - Rusiya, Müqəddəs Kliment Orxidski adına Sofiya Universiteti - Bolqarıstan, Aleksandr İoan Kuza Universiteti – Rumıniya, İvan Cavaxaşvili adına Tbilisi Dövlət Universiteti – Gürcüstan, Taras Şevçenko adına Kiyev Milli Universiteti - Ukrayna, Şri Şri Universiteti – Hindistan, Hokkaydo Universiteti - Yaponiya, Gadjah Mada Universiteti - İndoneziya , Frayburq Universiteti - İsveçrə, Braziliya Federal Universiteti – Braziliya, Erciyəs Universiteti - Türkiyə) Azərbaycan multikulturalzimi fənninin tədrisi davam edib. Qeyd edək ki, Azərbaycan Respublikasının Təhsil nazirinin müvafiq əmrinə əsasən ölkədaxili bütün ali təhsil məktəblərində “Multikulturalizmə giriş” fənni bakalavr pilləsi üçün əsas fənn olaraq tədris proqramına daxil edilib və bu fənn 38 ölkədaxili universitetdə magistr pilləsində tədris olunur. 2020-ci il ərzində “Multikulturalizmə giriş” və “Azərbaycan Multikulturalizmi” fənnlərini tədris edəcək şəxslərin hazırlanması üçün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən Azərbaycan universitetlərinin 23 müəllimi iştirak etdiyi treninq kursları təşkil edilmiş, treninqləri uğurla bitirənlər müəllimlərə müvafiq sertifikatlar verilib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin 2020-ci il ərzindəki fəaliyyəti, müxtəlif layihələr çərçivəsində həyata keçirdiyi tədbirlər müntəzəm olaraq yerli KİV-lərlə yanaşı, xarici KİV-də işıqlandırılmasına da geniş yer ayrılıb. Malaziyanın Bernama xəbər portalında, İsrailin STMEGI və “The times of İsrail” xəbər portallarında, Almaniyanın nüfuzlu "Der Freitag" qəzetində və "News24" portalında, ABŞ-ın Fairfield Universitetinin rəsmi saytında, Türkiyənin elmi portalında, habelə Braziliyanın Rebe TV telekanalında Azərbaycan dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edən multikulturalizm siyasəti, Azərbaycan multikulturalizmi modeli, “Ermənistan-Azərbaycan münaqişəsi: sivilizasiyaların toqquşması?” mövzusuna həsr edilən bir çox məqalə və videomaterial təqdim edilib.
Multikulturalizm Mərkəzinin ingilis dilində “International Journal of Multiculturalism” (Beynəlxalq Multikulturalizm Jurnalı) adlı yeni beynəlxalq elmi jurnalının nəşrə başlayıb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin 2020-ci il ərzində fəaliyyəti barədə bütün informasiya məlumatları Mərkəzin 3 dildə - azərbaycan, rus və ingilis dillərində yayılan http://multikulturalizm.gov.az rəsmi saytında, eləcə də rəsmi facebook, Twitter və Youtube səhifəsində yerləşdirilib.