...

Azərbaycanda 1 593 nəfər COVID-19-dan sağalıb, 601 nəfər yoluxub, 19 nəfər vəfat edib

Cəmiyyət Materials 10 Yanvar 2021 16:15 (UTC +04:00)
Azərbaycanda 1 593 nəfər COVID-19-dan sağalıb, 601 nəfər yoluxub, 19 nəfər vəfat edib

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 601 yeni yoluxma faktı qeydə alınıb, 1 593 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 19 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 224 651 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 208 681 nəfər müalicə olunaraq sağalıb, 2 909 nəfər vəfat edib. Hazırda 13 061 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 368, bu günə qədər isə ümumilikdə 2 267 923 test icra olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti