...

"Dərs vaxtı" proqramı çərçivəsində "Nizami dərsləri" yayımlanacaq (VİDEO)

Cəmiyyət Materials 13 Yanvar 2021 14:58 (UTC +04:00)
"Dərs vaxtı" proqramı çərçivəsində "Nizami dərsləri" yayımlanacaq (VİDEO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Növbəti həftədən etibarən "Dərs vaxtı" proqramı çərçivəsində "Nizami dərsləri" yayımlanacaq.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, "Nizami Gəncəvi ili" ilə əlaqədar yayımı nəzərdə tutulan "Nizami dərsləri" çərçivəsində şagirdlər klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığı ilə tanış ola biləcəklər.

Qeyd edək ki, "Dərs vaxtı" proqramı Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanır.

“Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Dərs vaxtı"nın "Facebook" səhifəsindən (https://www.facebook.com/dersvaxti.edu.az/), eyni zamanda videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti