...

Müharibədə 4 nəzarətçi-müəllim şəhid olub - DİM

Cəmiyyət Materials 14 Yanvar 2021 14:21 (UTC +04:00)
Müharibədə 4 nəzarətçi-müəllim şəhid olub - DİM

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu tədris ilində 38 nəfər nəzarətçi-müəllim Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən fəxri fərmanla təltif edilib. Ümumilikdə 12 ildə təltif edilən müəllimlərin sayı 363 nəfər olub.

Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, DİM-in bazasında 15 mindən çox nəzarətçi-müəllim barədə məlumat var:

”2008-ci ildən başlayaraq, nəzarətçi müəllimlərin işlərini qiymətləndiririk. 10 ildən çox bizimlə əməkdaşlıq edən, təyin edildyi zallarda köçürmə halına yol verməyən, imtahan protokolunda qeyri-kafi qiymət almayan və s. kriteriyalara uyğun olan nəzarətçilər mükafatlandırılır. Fəxri fərman alan müəllimlər isə daha ciddi kriteriyalar əsasında seçilir”.

M.Abbaszadə əlavə edib ki, bu il 50 nəzarətçi-müəllim DİM-in imtahanlarında iştirak etdikdən sonra sentyabrda başlayan müharibədə iştirak edib. Onların 4-ü şəhid olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti