...

107 gün idi itkin düşən zabitimizin şəhid xəbəri gəldi (FOTO)

Cəmiyyət Materials 22 Yanvar 2021 14:33 (UTC +04:00)
107 gün idi itkin düşən zabitimizin şəhid xəbəri gəldi (FOTO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Vətən müharibəsində itkin düşmüş şəxsin şəhid olduğu barədə xəbər gəlib.

Trend-in məlumatına görə, 44 günlük müharibənin iştirakçısı Mikayılov Rahim Qabil oğlunun 107 gün sonra şəhid olması məlum olub.

Qeyd edək ki, R.Mikayılov Quba rayonu 2-ci Nügədi kəndindən olub. Baş leytenant R.Mikayılovun adı Müdafiə Nazirliyinin yayımladığı itkin düşmüş hərbçilərin siyahısında yer almışdı.

Allah rəhmət eləsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti