Qarabağda tarixi qoruqlar yaradılmalıdır - Tarixçi alim

Qarabağda tarixi qoruqlar yaradılmalıdır - Tarixçi alim

Bakı. Ceyhun Ələkbərov - Trend:

Vətən müharibəsində şanlı qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinə başlanıb. Erməni vandallarının uzun illər ərzində işğal etdikləri Qarabağda və ətraf rayonlarda törətdikləri dağıntıların nəticələrinin aradan qaldırılması, bölgədə insan həyatının hərtərəfli bərpa edilməsi üçün hələ uzun müddət əsaslı işlər aparılmalıdır. Bunun üçün Azərbaycan xalqının və dövlətinin möhkəm iradəsi, lazımi maddi imkanları, ən əsası isə tarixi torpaqlarımıza tükənməz Vətən sevgisi var.

Bunu Trend-ə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini, tarix elmləri doktoru, professor Nəcəf Müseyibli deyib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müharibənin başa çatmasından dərhal sonra imzaladığı sərəncamlar və göstərişləri əsasında işğaldan azad edilmiş ərazilərdə başlanmış böyük dirçəliş, tikinti-quruculuq işləri uğurla davam etdirilir:

"Azad edilmiş ərazilərdə dirçəliş işlərinin mühüm bir istiqamətini də tarixi abidlərlə bağlı fəaliyyət təşkil edəcək. Ermənilər tərəfindən dağıntılara məruz qalmış tarixi-memarlıq komplekslərinin bərpa və konservasiyası, bölgədəki bütün abidələrin aşkar edilərək qeydiyyata alınması üçün arxeoloji axtarış işlərinin aparılması qarşıda duran əsas vəzifələrdəndir. Bütün bu fəaliyyətin məqsədi bir neçə mərhələdən ibarətdir: 1. Abidələrin mühafizəsi; 2. Abidələrin tədqiqatları; 3. Abidələrin turizm məqsədi ilə istifadəsi. Bu işlərin uğurla həyata keçirilməsi üçün müvafiq qurumların birgə fəaliyyətinin koordinasiya edilməsi vacibdir. Belə ki, Azərbaycan Milli Elmlər Akademiyası abidələrin axtarış, qeydiyyat və tədqiqat işlərini, Mədəniyyət Nazirliyi onların qorunması və idarə edilməsi, Dövlət Turizm Agentliyi isə turizm məqsədi ilə istifadəsini təşkil etməlidirlər. Məhz bu qurumların sıx əməkdaşlığı abidələrimizin regional və beynəlxalq miqyasda tanınması, təbliğ edilməsi, Qarabağın qədim və orta əsrlər dövrü tarixinin tədqiqatları işinə böyük töhfə verəcəkdir.

Qarşıdakı bu fəaliyyətdə icra ediləcək mühüm işlərdən biri Qarabağ və ətraf rayonlarda tarixi qoruqların yaradılmasıdır. Bu bölgədə hələ 1988-ci ildə “Şuşa tarix-memarlıq qoruğu” təşkil edilmişdi. Lakin həmin dövrdən başlanan, Qarabağın Azərbaycandan qoparılmasına yönələn separatizm hərəkatı və sonra bölgənin Ermənistan tərəfindən işğalı tarixi abidələrlə, eyni zamanda Şuşa qoruğu ilə bağlı fəaliyyəti də dayandırmışdır. Halbuki bu bölgədə həmin illərə qədər yüzlərlə arxeoloji və memarlıq abidələri məlum idi və onların bir qismində elmi tədqiqat işləri aparılmışdır. Bundan sonra bu ərazilərdə aparılacaq araşdırmalar nəticəsində bu vaxta qədər elmə məlum olmayan çoxsaylı abidələrin aşkar ediləcəyi şübhəsizdir".

Professor qeyd edib ki, bütün tarixi abidələrin eyni səviyyədə mühafizəsi vacibdir və bu məsələ qanunvericilikdə də öz əksini tapıb. Lakin daha böyük elmi, tarixi əhəmiyyət kəsb edən abidəyə və ya abidələr qrupuna qoruq statusunun verilməsi onların yerləşdiyi ərazilərdə böyük tikinti işlərinin qadağan edilməsini və yaxud xüsusi nəzarətlə qismən aparılmasını, memarlıq abidələrinin, aparılmış arxeoloji qazıntı işlərinin nəticələrinin imkan daxilində konservasiya edilərək turizm məqsədi ilə istifadəsini və s. idarəçilik işlərini nəzərdə tutur:

"Şübhəsiz, Qarabağ və ətraf ərazilərdə aparılacaq elmi tədqiqat işləri nəticəsində bölgədə tarixi qoruqların təşkili üçün potensial sahələr müəyyən ediləcəkdir. Amma indiki zamanda bu bölgədə bir sıra ərazilərdə kompakt yerləşən abidələri tarixi qoruqlarda birləşdirmək mümkündür. Bu baxımdan ilk növbədə Xocavənd və Füzuli rayonlarının ərazisində axan Quruçay və Köndələnçay çaylarının hövzələrindəki abidələri qeyd etmək olar. Bu çayların arasındakı dağlıq, dağətəyi və düzən ərazidə Azıx və Tağlar mağaralarındakı ibtidai insan düşərgələri (Xocavənd rayonu), Neolit, Xalkolit və Tunc dövrlərinə aid Günəştəpə, Qaraköpəktəpə, Kültəpə, Xantəpə, Uzuntəpə, Meynətəpə (Füzuli rayonu) və s. arxeoloji abidələr məlumdur. Lokal bir ərazidə yerləşən bütün bu abidələr Azərbaycanın qədim tarixinin müxtəlif dövrlərini özündə yaşadır. Adları göstərilən Neolit-Tunc dövrü yaşayış yerləri bu bölgədə bir neçə min ili əhatə edən tarixi dövrlər arasında varislik məsələlərinin öyrənilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Bütün bu amillər Quruçay və Köndələnçay vadisi abidələrinin tarixi qoruq elan edilməsinin vacibliyini şərtləndirir. Bu abidələrdən aşkar edilmiş tapıntıların qorunması və turistlərə nümayiş etdirilməsi üçün Füzuli şəhərində muzeyin yaradılması da məqsədəuyğundur".

N.Müseyibli əlavə edib ki, tarixi qoruq yaradılması üçün digər abidələr qrupu olaraq Kəlbəcər rayonu ərazisindəki Tunc dövrünə aid qayaüstü təsvirlər nəzərdə tutula bilər. Dəlidağın yamaclarında ötən əsrin 70-ci illərində aşkar edilmiş bu təsvirlərin sayı minlərlədir. Azərbaycan xalqının qədim əcdadlarına məxsus bu abidələr məlum səbəblərdən ətraflı tədqiq edilməmişdir. Onların yayılma arealının dəqiqləşdirilməsi, qeydiyyata alınması, tədqiq edilməsi üçün arxeoloji ekspedisiyanın təşkil edilməsi əsas vəzifələrdən biridir:

"Ümumiyyətlə, yaxın gələcəkdə Qarabağ bölgəsində Tərtərçay, Qarqarçay, Həkəriçay və digər çayların hövzələrində yığcam halda yerləşən abidələrin qoruqlar halında birləşdirilməsi perspektivləri öyrənilməlidir. Eyni zamanda bəzi qədim şəhər qalıqları, alban xristian dini-memarlıq abidələri tarixi qoruqlara çevrilə bilər.

Bölgədə artıq başlanmış və bundan sonra daha da genişlənəcək tikinti-quruculuq və təsərrüfat işləri yerləri yalnız mütəxəssislər tərəfindən müəyyən edilə bilən arxeoloji abidələrin vəziyyətinə mənfi təsir göstərə bilər. Buna görə də bütövlükdə işğaldan azad edilmiş bölgədə aparılacaq araşdırmalar nəticəsində abidələrin mühafizəsi, müəyyən ərazilərdə tarixi qoruqların yaradılması üçün AMEA və Mədəniyyət Nazirliyi birgə layihələr hazırlayaraq dövlət rəhbərliyinə təqdim etməlidirlər".

"Google" axtarış sistemi Azərbaycanda populyarlığını qoruyub saxlayır
"Google" axtarış sistemi Azərbaycanda populyarlığını qoruyub saxlayır
"Google Chrome" Azərbaycan internet bazarında liderliyini davam etdirir
"Google Chrome" Azərbaycan internet bazarında liderliyini davam etdirir
"Instagram" Azərbaycanda ən populyar sosial şəbəkə olub
"Instagram" Azərbaycanda ən populyar sosial şəbəkə olub
Loading Bars
Xəbər lenti
Ağdaşda ev yanıb
Konqo Demokratik Respublikasında 15 nəfər naməlum xəstəlikdən ölüb
Türkiyədə son sutkada koronavirusdan 5 947 nəfər sağalıb
Bakıda mansarda tipli evdə yanğın olub, 4 nəfər xilas edilib
Gürcüstan mətbuatı Azərbaycan Prezidentinin yerli və xarici KİV nümayəndələri üçün keçirdiyi mətbuat konfransından yazır
Abşeron rayonunda 3 otaqlı ev yanıb
Ukrayna mətbuatı Prezident İlham Əliyevin mətbuat konfransını geniş işıqlandırıb (FOTO)
Türkiyənin bəzi vilayətlərində komendant saatı ləğv olunub
Çin KİV-ləri Azərbaycan Prezidentinin vaksin məsələsi barədə fikirlərindən yazıb
Özbəkistanda koronavirusa qarşı ilk peyvənd qeydə alınıb
Qırğızıstanın xəbər portalları Azərbaycan Prezidentinin keçirdiyi mətbuat konfransının tam mətnini yayımlayıb (FOTO)
Prezidentin mətbuat konfransı Azərbaycanın informasiya müharibəsində növbəti böyük qələbəsidir - Deputat
"Google" axtarış sistemi Azərbaycanda populyarlığını qoruyub saxlayır
BMT və Azərbaycan Hökuməti arasında əməkdaşlığa dair Çərçivə Sənədi imzalanıb (FOTO)
Təhsilini yarımçıq qoyub hərbi xidmətə yollandı, oradan da Vətən müharibəsinə - Şəhid Arif Rüstəmov (FOTO)
Rumıniyanın qabaqcıl KİV-ləri Prezident İlham Əliyevin mətbuat konfransı barədə məlumatlar yayıblar (FOTO)
Paşinyan Ermənistanın sabiq prezidentini ordunu onun üzərinə qaldırmaqda ittiham edib
İctimai iaşə müəssisələrində ən çox aşkar olunan nöqsanlar hansılardır? - RƏSMİ
“YAŞAT” Fondunun təşəbbüsü ilə İsraildən ölkəmizə humanitar həkim heyəti gəlib (FOTO)
Azərbaycandan ixrac sifarişi alan əsas məhsullar bunlar olub
Azərbaycan meydana çıxa biləcək hər hansı təhdidlərin qarşısını qətiyyətlə almağa qadirdir - Vüqar Rəhimzadə
Azərbaycan Prezidenti Ermənistanın yenidən silahlanmaq xülyasını məhv etdi
Türkiyə mediası: Prezident İlham Əliyev dörd saatdan artıq zamanda jurnalistlərin əlliyə yaxın sualını cavablandırıb (FOTO)
Azərbaycanda zəlzələ olub
"Google Chrome" Azərbaycan internet bazarında liderliyini davam etdirir
İspandilli KİV-lər Prezident İlham Əliyevin mətbuat konfransını geniş işıqlandırıb (FOTO)
Balakəndə 2 otaqlı ev yanıb
Zakir Həsənov Belarusun səfiri ilə hərbi əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib
Fransız jurnalist Qarabağın dirçəldilməsi istiqamətində görülən işlərdən yazır (FOTO)
Soydaşlarımız Almaniya bundestaqını Xocalı soyqırımını tanımağa çağırıb
Ceyhun Bayramov Özbəkistan səfiri ilə görüşüb (FOTO)
Deputatların vaksinasiyasının birinci mərhələsi başa çatıb
Sidneydə Xocalı soyqırımı ilə bağlı həqiqətləri əks etdirən avtomobil hərəkət edib (FOTO)
"Xocalı soyqırımı xaricilərin gözü ilə" mövzusunda müzakirələr aparılıb
Bakıda 22 yaşlı oğlan qətlə yetirilib
Tokio sakinlərinə üzərində “Xocalıya ədalət!” yazılmış tibbi maskalar paylanılıb (FOTO)
Qayıdış proqramı ilə bağlı keçirilən sorğuda artıq minlərlə şəxs iştirak edib
Könül Nurullayeva Xorvatiya mətbuatında Qarabağdakı işğalın dərin izlərindən yazdı
Paşinyanın tərəfdarları meydana gəlməyə başlayıb
Murmansk şəhərində Xocalı soyqırımı qurbanları yad edilib (FOTO)
Prezident İlham Əliyevin mətbuat konfransının tam versiyası president.az saytında (VİDEO)
Azərbaycan azad olunmuş ərazilərdə abidələrin bərpasında Türkiyə təcrübəsindən yararlanacaq (FOTO)
Unibank daha 3 mükafat qazanıb
Gömrük Akademiyasında “İlk tibbi yardım” mövzusunda təlim keçirilib (FOTO)
"Buta Airways" Tbilisiyə uçuşlar yerinə yetirməyə başlayır
Novruz bayramı ərəfəsində «PAŞA Həyat» hədiyyəli bahar kampaniyasına start verib
Sarkozi 3 il müddətinə həbs olundu
Ermənistan prezidenti Paşinyanla görüşüb
Azərbaycanda 125 nəfər COVID-19-a yoluxub, 71 nəfər sağalıb, 3 nəfər vəfat edib
“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Pakistanın Sərhəd İşləri Təşkilatının baş direktoru ilə görüşüb
Hər bir qazimizi yüksək texnologiyalı, elektron protezlərlə təmin edəcəyik - Sahil Babayev
AQTİ-dən qidalardakı təhlükəli virusla bağlı XƏBƏRDARLIQ
Göyçayda 3 094 nəfər koronavirusa qarşı vaksin olunub
AQTA 21 müəssisədə qayda pozuntusu aşkarladı
İranda Qarabağ konfransında Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanat qəbul olunub (FOTO)
Xaricilərin Azərbaycanda xərclədiyi pulların həcmi açıqlanıb
Heyvanların identifikasiyası aparılır
Azərbaycanın ixrac etdiyi peyk xidmətinin həcmi açıqlanıb
"Instagram" Azərbaycanda ən populyar sosial şəbəkə olub
Almaniyada Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı maraqlı flaşmob təşkil edilib (FOTO)
Azad olunmuş ərazilərdə arıçılığı sürətlə inkişaf etdirəcəyik - Assosiasiya sədri
Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb
Zərdabda qadının boğularaq qətlə yetirilməsi ilə bağlı cinayət işi başlandı
KOBİA 2020-ci ilin yekunlarına dair brifinq keçirib (FOTO)
Finlandiyada fövqəladə vəziyyət elan olundu
Cinayət qanunvericiliyində 30 maddənin sanksiyasına alternativ cəzalar daxil edilib - Fikrət Məmmədov
Dilçilik İnstitutu “Qaynar xətt”lə bağlı yayılan məlumatlara aydınlıq gətirib
Yeni qanunların tətbiqi ilə əlaqədar 2000-dən çox məhkum cəzadan azad edilib - Nazir
Prezident regional və beynəlxalq tərəfdaşlarımıza, eləcə də Ermənistana mühüm ismarıclar verdi - Deputat
Şəki Apellyasiya Məhkəməsinin 3 hakiminə töhmət elan edildi
AFFA 4 klubu cərimələdi
16 hakimin işinə xitam verilib, 2 məhkəmə sədri məsuliyyətə cəlb edilib
“Journal General de l'Europe”: Azərbaycanlı məcburi köçkünlər doğma yurdlarına qayıtmağı səbirsizliklə gözləyirlər
Azərbaycan və Türkiyə arasında növbəti sənədlər imzalanıb (FOTO)
ADU-da “Arzuları həyata keçirən möcüzəvi Çin fənərləri” bayramı qeyd olunub
"Barselona"nın keçmiş prezidenti saxlanıldı
Kanadada ingilis dilində Xocalı soyqırımı haqqında videomaterial təqdim olunub (FOTO)
Əsas odur ki, həqiqət bərpa olunub - Peskov Paşinyanın etirafı barədə
Minaatan batareyaları döyüş atışlı təlim məşqlərinin növbəti mərhələsini icra edib (VİDEO)
“Bazarstore”da pozuntular aşkarlanıb
Unibank daha çevik idaretmə modelinə keçib
Bakı-Quba yolunda ağır qəza - Ölən var (FOTO)
Xocalı soyqırımı ilə Sumqayıt hadisələrinin ermənilər tərəfindən eyniləşdirilməsi absurddur - Deputat
QHT-lərə Dövlət dəstəyi Şurasında yoxlamalar yekunlaşıb
İranda koronavirusdan gündəlik ölüm sayı artıb
Yelo Bankdan biznes sahiblərinə Novruz kampaniyası
Bakıda iki yük avtomobili toqquşdu - Sürücü sıxılaraq maşında qaldı
Sumqayıt Texnologiyalar Parkı kadr hazırlığı məqsədilə növbəti “STP Təcrübə Proqramı - 2021”layihəsinə başlayır!
Sumqayıt hadisələrinin əsas motivi "Böyük Ermənistan" yaratmaq idi - Tarixçi alim
STAR neft emalı zavodu xam neft idxalını artırıb
Dünya Azərbaycanı qalib ölkə olaraq qəbul etməyə məcburdur - Səttar Möhbalıyev
Xocalı soyqırımı XX əsrin faciəsidir - Monteneqro və Bosniya mediası (FOTO)
Ukrayna telekanalı Prezident İlham Əliyevin mətbuat konfransı və azad olunan ərazilər barədə reportaj hazırlayıb (FOTO)
Şirkət rəhbərinin cinayət işi məhkəməyə göndərildi
Yaz ağac əkininə Zəngilandan start verilir
Soyqırım günahkarları mühakimə edilənə qədər xocalıların yaraları sağalmaz - Estoniyalı yazıçı
Paşinyan geri addım atdı - "İskəndər"lə bağlı səhv məlumatlandırılmışam
İlahiyyat İnstitutunun tələbələri “İntihar problemi və onunla mübarizə yolları” mövzusunda vebinarda iştirak ediblər (FOTO)
Prezidentin mətbuat konfransı Azərbaycanın informasiya müharibəsində növbəti qələbəsi idi - Deputat
Yerevanda bir qrup etirazçı hökumət binasına daxil oldu (VİDEO)
Bütün xəbərlər