Sanki terrorçularla döyüşürdük - Müharibə iştirakçısı danışır... (FOTO)

Sanki terrorçularla döyüşürdük - Müharibə iştirakçısı danışır... (FOTO)

Bakı. Trend:

Ermənilər Qubadlıdan geri çəkilərkən körpünü dağıdıb avtomobilin keçmə ehtimalı olan yerlərdə çayın içində minalar basdırmışdılar. Lakin komandirlərimizin ayıq-sayıqlığı nəticəsində onlar aşkarlandı və zərərsizləşdirildi.

Bunu Trend-ə müsahibəsində Vətən müharibəsi iştirakçısı Seymur Əli oğlu Mənsimov dedi.

O, bank mütəxəssisidir, könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edib və müharibənin ilk günlərindən döyüşlərə qatılıb. Rütbəsi əsgər olsa da üzərində çox məsuliyyətli bir vəzifə olub – Artilleriya batareyasında topçu – baş tuşlayıcı. Düşmənin bir hərbi hissəsinin və onlarla hərbi obyektinin darmadağın edilməsində birbaşa iştirak edib.

Tərtər rayonunun Dəmirçilər kəndindən olan 1989-cu il təvəllüdlü Seymur Mənsimov müharibədə göstərdiyi şücaətlərə görə, Prezident İlham Əliyev tərəfindən Cəbrayıl və Qubadlı rayonlarının işğaldan azad edilməsinə görə medalları ilə təltif edilib.

“Bizim qrupda hər kəs səfərbərliklə gələnlər idi. Komandir heyəti düşünürdü ki, biz zəifik. Amma Cəbrayılda erməni minaatanlarını məhv edəndən sonra adımız çıxdı. Orada da elə idi ki, biz onları vura bilməsəydik, onlar bizi vuracaqdılar. Bundan sonra gördülər ki, döyüşə bilirik və bizi qabağa buraxdılar” - deyən Seymur məhz bundan sonra uzaq atışlara başladıqlarını bildirdi:

“Düşmənin Qubadlıdakı mövqelərini vurğmağa başladıq. Koordinatlar bizə dəqiq gəldiyi üçün biz də hədəfi dəqiqliklə vururduq. Cəbrayıldan çıxanda isə sözün əsl mənasında bəxtimiz gətirdi. Əgər ciddi nizam-intizam olmasaydı, çoxdan ölmüşdük. Oradan çıxandan bir neçə dəqiqə sonra durduğumuz mövqeni raketlə vurdular. Divizion komandirimiz mərd və cəsarətli adam idi. Daim arxamızda dururdu, bizi müdafiə edirdi. Bəlkə də biz çox yerdə onun sayəsində sağ qaldıq. Çox vətənpərvər idi. Qarşımızda elə bir çıxış edirdi ki, istəyirdik silah-sursatı atıb, əlbəyaxa erməniləri məhv edək”.

Seymur söhbət əsnasında daha bir maraqlı məqama da toxundu. Dedi ki, ermənilərin ən yaxşı döyüşçüləri minaatanlar idi. Çünki PKK terrorçuları ilə o qədər təlim keçiblər ki, minaatanlardan yaxşı istifadə edirdilər, atışları dəqiq olurdu: “Konkret, elə bilirdik ki, terrorçularla döyüşürük. Bununla belə, onlar ağır artilleriya ilə dəqiq vura bilmirdilər. Bizim əsas itkilərimiz də elə onların minaatanlarının hesabına oldu. Bizdə idarəetmə yüksək səviyyədə idi. Bütün bölmələr bir-birinə qarşılıqlı dəstək verirdi. Məsələn, ermənilər düz vura bilməsələr də biz duran tərəfə atırdılar. Bu zaman bizim istiqamətdən qradlar onları susdururdu. Qubadlıya gedəndə yolumuzun üstündəki çayın içərisinə mina döşəmişdilər. Körpü dağılmışdı. Amma öncədən müəyyən edilərək təmizləndi. Orada durmadan atəşə tuturdular bizi. Dağın, daşın dalında gizlənərək mövqe tutduq. Ondan sonra şiddətli döyüşlər başladı. Və düşmənin bütün atəş mövqelərini darmadağın etdik”.

Müharibə iştirakçısı, həmçinin qeyd etdi ki, bəzi uşaqlar döyüşə girməzdən əvvəl çəkinirdi, ehtiyat edirdi. Orada ab-havaya düşəndən sonra olurdu canavar: “Ona görə mən döyüş şəraitində bir dənə də olsun qorxan hərbçimizi görmədim. Əksinə, komandirimiz, baş leytenant Cabbarov Fərəc, döyüş yoldaşlarım İsmayılov Araz, Bayramov Həmid, Osmanlı Hümmət, Babayev Atababa, Zeynalov Elçin və digərlərinin timsalında hər kəsin necə qorxmaz və igid olduğunu gördüm...

Muharibədə bütün hisləri unudursan, emosiya olmur. Tək bir dəfə - Qubadlıya daxil olanda komandirimiz telefonunda azan səsi qoydu. Sədası səsgücləndirici ilə bütün ətrafa yayıldı, bax o an hamımızın gözü yaşardı, ağladıq, emosiyalarımızı boğa bilmədik”.

“Ermənilər qızıl tapmaq və mərmər daşları götürmək üçün Azərbaycan qəbirlərini qazıb çıxarmışdılar. Bir qəbiristanlığı isə kürüyüb yerində məktəb tikmişdilər. Biz həmin məktəbin zirzəmisindən bir lövhə tapdıq. Üzərində “Azərbaycan SSRİ” yazılmışdı. Həmin lövhəni götürüb məktəbin qabağından asdıq” – dedi Seymur Mənsimov.

Seymur onu da dedi ki, irəlilədikcə ermənilərin atıb qaçdığı sursatları götürürdülər. Rusun ermənilərə verdiyi mərmilər çox keyfiyyətsiz, əzik-üzük və paslı idi, yivi bağlanmırdı. Ona görə atanda çoxu partlamırdı...

O, qələbə günündən əvvəl 3 gün gecə-gündüz şiddətli döyüşlər getdiyini bildirdi: “Hamımız yorğun idik. 3-5 dəqiqə yatmağı qənimət bilirdik. Ayaq üstdə güclə dururduq. Bilirsən necədi, 3 gün gecə-gündüz döyüş, yorğunluq bilmirsən, yuxu da, yemək də yada düşmür, bir qədər susuzlayırsan. O ki arada fasilə olur, yemək yeyirsən və ya siqaret çəkirsən, bax o vaxt adama elə bir yorğunluq gəlir ki... Deyirsən, başıma güllə dirəsələr də qolun qalxmaz. Amma komanda gəlir - “Batareya diqqət”, “Divizion diqqət” - hər şeyi unudursan, elə bil, fövqəl bir güc gəlir adama.

Qələbə günü biz tərəfdə sakitlik idi, bir də gördüm atışma düşdü. Dedim yəqin diversiya gəlib, çünki topda avtomat atışması yoxdur. Ona görə dərhal düşünürsən ki, diversiya gəlib. Sən demə, Qələbə xəbərinə görə hamı havaya güllə atırmış... Atəşkəsdən sonra hər hansı bir təxribat olmasa da döyüşə tam hazır vəziyyətdə idik. Tərxis olunan bir günə qədər bir an belə arxayınlaşmadıq”.

Elgün MƏNSİMOV
Trend

Twitter: @Elgun_Mensimov

“Qələbə hünəri” Respublika Yaradıcılıq Sərgisi keçiriləcək
“Qələbə hünəri” Respublika Yaradıcılıq Sərgisi keçiriləcək
Dövlət Rəqs Ansamblı beynəlxalq festivalda birinci yeri tutub
Dövlət Rəqs Ansamblı beynəlxalq festivalda birinci yeri tutub
Məşhur rusiyalı aktyor xəstəxanaya yerləşdirilib
Məşhur rusiyalı aktyor xəstəxanaya yerləşdirilib
Loading Bars
Xəbər lenti
Mingəçevir Dövlət Universitetində Energetiklər Günü qeyd olunub (FOTO)
Hindistan İran, Pakistan və Əfqanıstandan gələn yüklərdən imtina edib
Çempionlar Liqası: "Mançester Yunayted" "Atalanta"nı məğlub edib
ÜST təcili istifadə üçün "Sputnik V" peyvəndinin təsdiq prosedurunu bərpa edib
Zəfər xronikası 21 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsi (FOTO/VİDEO)
44 günlük Vətən müharibəsinin xronikası: 21 oktyabr
Prezident İlham Əliyev: 20 oktyabr həm zəngilanlılar, həm də bütün xalqımız üçün əbədi Zəfər günü kimi qalacaq
Moskvada Azərbaycan, Ermənistan və Rusiya baş naziri müavinlərinin üçtərəfli görüşü keçirilib
Birinci vitse-prezident Mehriban Əliyeva Prezident İlham Əliyevlə Zəngilana səfərdən görüntülər paylaşıb (VİDEO)
Real-Trend həftəlik iqtisadi layihəsinin növbəti buraxılışı yayımlanıb (VİDEO)
Mixeil Saakaşvili Gürcüstan sərhədini qanunsuz keçməkdə ittiham olunub
Ermənilər Xankəndidə yaşamaqdan imtina edir? - AÇIQLAMA
Daha 52 imtiyazlı şəxs sanatoriya-kurort, müalicə mərkəzlərinə yola salınıb
Prezident İlham Əliyev: Vejnəli qızıl yatağının qanunsuz istismarında iştirak edən xarici şirkətlərin məhkəməyə verilməsi prosesinə start verilib
Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı artıb
Prezident İlham Əliyev: Zəngilanda müasir logistika-nəqliyyat mərkəzi, bütün infrastruktur qurulacaq
Azərbaycan qida məhsullarının idxalını 15 faizdən çox azaldıb
Prezident İlham Əliyev: Zəngəzur dəhlizinin açılması ilə bağlı son hadisələr göstərir ki, istədiyimizə nail oluruq
Prezident İlham Əliyev: Biz ordumuzu, iqtisadiyyatımızı, beynəlxalq mövqelərimizi genişləndirdik və istədiyimizə nail olduq
Azərbaycan əhalisi pullarını əsasən bu məhsullara xərcləyib
Prezident İlham Əliyev: Uzun fasilədən sonra - 27 il erməni işğalından sonra artıq Zəngilan Vətənə qayıtdı
Prezident İlham Əliyev: Bu, hamımızın qələbəsidir, Azərbaycan xalqının qələbəsidir
Prezident İlham Əliyev: Çalışacağıq ki, gələn ilin əvvəli, bəlkə də bu ilin sonu zəngilanlıları Zəngilana köçürməyə başlayaq
ABB-də kiçik sahibkarlar üçün Payız kampaniyası başlandı!
David Babayanın Rusiyaya səfəri şəxsi xarakter daşıyır - Səfirlik
Naxçıvanda hərbi hissələr qışa tam hazırdır (FOTO/VİDEO)
Azərbaycan və Türkiyə gənclərinin iştirakı ilə növbəti “Beynəlxalq Zəfər düşərgəsi”nin açılışı olub (FOTO)
4 nəfərin ölümünə səbəb olan şirkət rəhbəri ittihamları rədd etdi
Vəzifəli şəxslərdən hədə-qorxu ilə pul tələb edən "baş redaktor"un əməlləri ifşa olunub
Azərbaycan-Xorvatiya biznes forumu keçirilib (FOTO)
Ali Hərbi Məktəbdə baş leytenant Rəşad Rəhimovun xatirəsi anılıb (FOTO/VİDEO)
Bitkoinin qiyməti tarixi rekordu yenilədi
YAP-da gender bərabərliyi və qadın hüquqları ilə bağlı konfrans keçirilib (FOTO)
Bəsitçay Dövlət Təbiət Qoruğunun fəaliyyəti bərpa edilir - SƏRƏNCAM
Nərmin Quliyevanın ölümü ilə bağlı ifadələr məhkəmədə ziddiyyət yaratdı
Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurası təsis olunub (FOTO)
ABŞ-da partlayış təhdidinə görə hərbi baza bağlanıb
Zəngilan şəhərinin Baş planının hazırlanması ilə bağlı vəsait ayrıldı - SƏRƏNCAM
Ceyhun Bayramovla ABŞ Dövlət Katibinin köməkçisi arasında telefon danışığı olub
Qaxda ev əşyaları ilə birgə yanıb
Oktyabrın 21-nə USD/AZN rəsmi məzənnəsi
Rusiyada pandemiya ilə əlaqədar noyabrın əvvəli qeyri-iş həftəsi elan edilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan ictimaiyyətinin nümayəndələri ilə görüşüblər
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Zəngilan” yarımstansiyasının açılışında iştirak ediblər
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Rəqəmsal Yarımstansiyasının təməlqoyma mərasimində iştirak ediblər
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva DSX-nin Zəngilandakı hərbi hissəsində yaradılan şəraitlə tanış olublar
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Beynəlxalq Hava Limanının tikintisi ilə tanış olublar
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanda “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olublar
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda səfərdə olublar (FOTO/VİDEO)
Abşeronda şəhid Rəşad Mehdiyevin xatirəsinə ucaldılan abidə-bulaq kompleksinin açılışı olub (FOTO)
"Rebuild Karabakh" sərgisi çərçivəsində KOBİA-nın stendində yerli və xarici iş adamlarının işgüzar görüşləri keçirilir (FOTO)
Bal yarmarkasına təqdim olunan 64 nümunə tələblərə cavab verməyib
Bakı-Sumqayıt istiqamətində qatarların sayı artırılır (FOTO)
Həbsdə olan jurnalistin cinayət işi məhkəməyə göndərildi
Bakıdakı bal yarmarkası noyabrın 7-dək davam edəcək (FOTO) (ƏLAVƏ OLUNUB)
Xüsusi Təyinatlı Qüvvələrdə taktiki-xüsusi təlim davam edir (VİDEO)
İran yerli şirkətlərinə Qarabağa qanunsuz yük daşımağı qadağan etdi
“Qələbə hünəri” Respublika Yaradıcılıq Sərgisi keçiriləcək
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 2 303 nəfər COVID-19-a yoluxub, 16 nəfər vəfat edib
Diaspor gəncləri Ermənistanın müharibə cinayətləri ilə bağlı beynəlxalq təşkilatlara müraciət ediblər
Binəqədidə mağazaları qarət edənlər kameraya düşdü - Anbaan görüntülər (FOTO/VİDEO)
Unibank biznes üçün onlayn məhsulları komissiyasız etdi
Dövlət Rəqs Ansamblı beynəlxalq festivalda birinci yeri tutub
Digər respirator xəstəliklər ötən illərlə müqayisədə azalıb - Təyyar Eyvazov
2022-ci ildən iqtisadi islahatların yeni mərhələsi başlayır - Vüsal Qasımlı
Koronavirusa yoluxmaların artacağı gözlənilir - İnfeksionist
Yoluxmalara görə məktəblər bağlana bilərmi? - İnfeksionist açıqladı
Şirvan sakini "patı" ilə yaxalandı
Peyvəndin yan təsirləri nə dərəcədə təhlükəlidir? - AÇIQLAMA
Koronavirusun simptomları dəyişib - İnfeksionist
Metro qatarında nasazlıq yarandı, intervalda gecikmə oldu
Azərbaycanın elektrik enerjisi istehsalı və ixracı artıb - Nazir
44 günlük Vətən müharibəsində Füzuli əməliyyatının önəmi
“Nar” ən böyük Azərbaycandilli səsli kitabxanaya dəstəyini davam etdirir
İranda daha 162 nəfər koronavirusdan ölüb
Şəhid ailələri və müharibə əlillərinə, gözdən əlilliyi olanlara 50 mənzil verildi (FOTO)
Gedik Holdinq Azərbaycanda (FOTO)
3 kiloqrama yaxın "patı" ilə tutulan şəxsə hökm oxundu
Hədəfimiz bərpa olunan enerji payını 30 faizə çatdırmaqdır - Nazir
Qarabağda bir sıra böyük layihələrin məhz xarici investisiya hesabına həyata keçirilməsi əsas prioritetlərimizdəndir - Pərviz Şahbazov
Zəngəzurun giriş qapısı Zəngilan (FOTO)
Daha bir universitetdə bir neçə qrup distant təhsilə keçib
Qusar xəstəxanasının direktoru rüşvət alarkən cinayət başında yaxalanıb
Gələn il “Böyükşor”da üzən günəş elektrik stansiyasının istismara verilməsi planlaşdırılır - Nazir
Bal yarmarkasında məhsulun qiyməti necə müəyyənləşdirilir?
Bakıda gəlnini qətlə yetirən qayınataya 18 il həbs cəzası verildi
Son bir ilə yaxın müddətdə “Azercell könüllüləri” minlərlə ailəni sevindirib
Pandemiya arıçılara mənfi təsir edib - Nazirlik rəsmisi
Gürcüstan Azərbaycan vətəndaşları üçün ölkəyə daxil olma qaydalarını asanlaşdırıb
Əsas planımız mikro və aqro-sahibkarlar seqmentində kredit portfelini artırmaqdır
Rusiyada koronavirusdan ölüm hallarında yeni rekord qeydə alınıb
Riteylerə kömək: kassa sistemi vasitəsilə gəliri necə artırmaq və milyonlara qənaət etmək olar
Ermənistan kommunikasiyaların açılması üçün əməli addımlar atmalıdır - Ceyhun Bayramov
Azərbaycan Xorvatiyanın strateji tərəfdaşıdır - XİN rəhbəri
Cənubi Koreya sahillərində Çinə məxsus qayıq batıb
Yol polisi Bakıda səkiləri zəbt edən sürücülərə qarşı tədbirlərə başladı (FOTO/VİDEO)
Azərbaycan Xorvatiyadan minaların təmizlənməsi üçün avadanlıqlar alır - Ceyhun Bayramov
Türkmənistan türkdilli ölkələrin xəbərlərini yayımlayan Türk Dünyası (Turkic.World) layihəsinə qoşuldu (FOTO)
Azərbaycanla Xorvatiya arasında 7 sənədin razılaşdırılması üzərində iş aparılır
Bütün xəbərlər