...

Bakı Ali Neft Məktəbində “Vətən yaxşıdır” adlı onlayn bədii qiraət müsabiqəsi keçiriləcək

Cəmiyyət Materials 10 Fevral 2021 12:44 (UTC +04:00)
Bakı Ali Neft Məktəbində “Vətən yaxşıdır” adlı onlayn bədii qiraət müsabiqəsi keçiriləcək

Bakı. Trend:

Bakı Ali Neft Məktəbində (BANM) 12 fevral 2021-ci il tarixində saat 19:00-da Böyük zəfərə həsr olunmuş “Vətən yaxşıdır” adlı onlayn bədii qiraət müsabiqəsi keçiriləcək.

“ZOOM” platforması üzərindən təşkil olunacaq müsabiqə Bakı Ali Neft Məktəbinin tələbə və məzunlarını əhatə edəcək.

1-ci yerin qalibi 300 manat, 2-ci yer 200 manat, 3-cü yer 100 manat, 4-10-cu yerlərin sahibləri isə həvəsləndirici pul mükafatları ilə mükafatlandırılacaqlar.

Eyni zamanda, bütün iştirakçılar diplomlarla və iştirakçı sertifikatlarıyla da təltif olunacaqlar.

Qaliblər peşəkarladan ibarət Münsiflər Heyəti tərəfindən müəyyən olunacaq.

Qeyd edək ki, Xalq şairi Ramiz Rövşənin sədrliyi ilə təşkil olunmuş Münsiflər Heyətinə Xalq artisti, əvəzolunmaz aktyorumuz Rasim Balayev, Xalq artisti, tanınmış teatr, kino və televiziya rejissoru Ramiz Həsənoğlu, filologiya elmləri doktoru, professor, əməkdar jurnalist Qulu Məhərrəmli və BANM-in İngilis dili və humanitar fənlər mərkəzinin dosenti Kəmalə Mehdiyeva daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti