...

Azərbaycanda dövlət-din münasibətləri mövzusunda kitab nəşr olunub

Cəmiyyət Materials 22 Fevral 2021 14:04 (UTC +04:00)
Azərbaycanda dövlət-din münasibətləri mövzusunda kitab nəşr olunub

Bakı. Trend:

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) İlahiyyat fakültəsinin dekan müavini, sosiologiya üzrə fəlsəfə doktoru Asəf Qənbərovun “Azərbaycanda dövlət-din münasibətləri” adlı kitabı nəşr olunub.

Aİİ-dən Trend-ə verilən məlumata görə, monoqrafiyada Azərbaycanda dövlət-din münasibətlərinin tarixi nəzəri və hüquqi aspektlərdən tədqiq edilir. Azərbaycanda dünyəvilik prinsipinin tarixi kökləri araşdırılır, müasir dövrdə bəşəriyyətdə mövcud dövlət-din münasibətlərinin modelləri müqayisə edilir. Əsərdə, həmçinin müstəqillikdən sonra Azərbaycan Respublikasında din siyasətinin prioritetləri, əsas amilləri və bu siyasətin dinamikliyi müəyyənləşdirilir.

Monoqrafiya sosial və siyasi elmlər sahəsində çalışan tədqiqatçılar, sosioloqlar, tarixçilər, dinşünaslar, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Qeyd edək ki, Aİİ ilahiyyat sahəsində tədqiqat əsərlərinin nəşrinə xüsusi diqqət yetirir. Belə ki, ali təhsil müəssisəsi yaradıldığı gündən bu sahədə tanınmış alimlərin kitablarının nəşrini həyata keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti