...

Bugünə kimi 1000-dən çox şəxsə vaksin vurulub - Baş həkimin müavini

Cəmiyyət Materials 1 Mart 2021 10:57 (UTC +04:00)
Bugünə kimi 1000-dən çox şəxsə vaksin vurulub - Baş həkimin müavini

Bakı. Ceyhun Ələkbərov - Trend:

Vaksinasiya prosesi yüksək səviyyədə davam edir, gündəlik 50-100 arası şəxs peyvəndləmədən keçir.

Bu barədə Trend-ə Səbail rayonu 2 nömrəli Şəhər Poliklinikasının baş həkiminin müavini Şahin Quliyev deyib. O qeyd edib ki, poliklinikada həkimlərin ikinci doza vaksinasiyası da yekunlaşıb:

"Yanvar ayının 18-dən ölkədə vaksinasiyaya start verilib. İlkin mərhələdə tibbi işçiləri, növbəti mərhələlərdə isə əhalinin risk qrupuna daxil olan yaşlı təbəqəsi və yaşı 50-dən yuxarı olan insanların peyvəndləməsi həyata keçirilib. Bugünə kimi poliklinikamızda təxminən 1050 nəfər vaksinasiya olunub".

Ş.Quliyev bildirib ki, vaksinasiya olunan şəxslər arasında heç bir mənfi təsir qeydə alınmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti