...

Azərbaycanda Ramazan ayının başlayacağı tarix açıqlanıb

Cəmiyyət Materials 29 Mart 2021 10:37 (UTC +04:00)
Azərbaycanda Ramazan ayının başlayacağı tarix açıqlanıb

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda Ramazan ayının başlanma tarixi açıqlanıb.

Qafqaz Müsəlmanları İdarəsindən Trend-ə verilən məlumata görə, Azərbaycanda Ramazan ayının ilk günü aprelin 13-ə düşəcək. Qeyd olunub ki, Azərbaycan Astrofizika Rəsədxanasının verdiyi məlumata görə, Ramazan ayının ilk günü aprelin 13-nə təsadüf edəcək.

QMİ-dən əlavə olunub ki, bəzi ölkələrdə Ramazan ayı aprelin 14-də, çox ölkələrdə isə aprelin 13-də başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti