...

“Aprel zəfərini qürurla anırıq!” - AzTV-dən Aprel döyüşlərinin yubileyi ilə bağlı videoçarx

Cəmiyyət Materials 2 Aprel 2021 15:58 (UTC +04:00)
“Aprel zəfərini qürurla anırıq!” - AzTV-dən Aprel döyüşlərinin yubileyi ilə bağlı videoçarx

Bakı. Trend:

Azərbaycan Televiziyası Aprel döyüşlərinin 5 illik yubileyi ilə bağlı videoçarx hazırlayıb.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, fərqli tərtibatda hazırlanan və şüarı “Aprel zəfərini qürurla anırıq!” olan çarxda Aprel döyüşlərinin Vətən müharibəsindəki şanlı qələbənin başlanğıcı olduğu qeyd edilir.

Qeyd edək ki, Aprel döyüşləri 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayıb. Aprelin 5-dək davam edən döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnib. Silahlı Qüvvələrimiz Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəklikləri, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyini işğaldan azad edib, bununla da Cocuq Mərcanlı kəndində böyük abadlıq işləri başlayıb. Bu kəndə köç Qarabağa böyük qayıdışın başlanğıcı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti