...

Azərbaycanda 2361 nəfər COVID-19-a yoluxub, 24 nəfər vəfat edib

Cəmiyyət Materials 2 Aprel 2021 17:29 (UTC +04:00)
Azərbaycanda 2361 nəfər COVID-19-a yoluxub, 24 nəfər vəfat edib

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2361 yeni yoluxma faktı qeydə alınıb, 822 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 266 322 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 239 807 nəfər müalicə olunaraq sağalıb, 3617 nəfər vəfat edib, aktiv xəstə sayı 22898 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 127, ötən müddət ərzində isə ümumilikdə 2 901 160 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti