...

Londonda polis səlahiyyətlərinin genişləndirilməsinə qarşı etiraz aksiyalarında 107 nəfər saxlanılıb

Cəmiyyət Materials 4 Aprel 2021 23:20 (UTC +04:00)

Bakı. Trend:

Londonda polis səlahiyyətlərinin genişləndirilməsinə qarşı kütləvi etiraz aksiyaları zamanı 107 nümayişçi saxlanılıb.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə paytaxıtn baş polis idarəsinin yayımladığı açıqlamada deyilir.

"Saxlanmanın səbəbləri müxtəlif qanun pozuntuları olub: koronavirusla mübarizə üçün tətbiq olunan qanunvericiliyin, ictimai asayişin pozulması, şiddət tətbiq edilmək, polis məmurlarına hücum. Həbs olunanların arasında bir qadında özünümüdafiə üçün nəzərdə tutulmayan silah aşkarlanıb", - sənəddə qeyd edilir.

Bununla birgə, təxminən 2 min insanın iştirak etdiyi aksiyada nümayişçilərin əksəriyyətinin sosial məsafə saxlama qaydalarına riayət etdikləri və polisin əmrlərinə tabe olduqları vurğulanır.

Xəbər lenti

Xəbər lenti