...

Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlandı

Cəmiyyət Materials 25 Aprel 2021 18:04 (UTC +04:00)
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlandı

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 10 814 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 192, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6 622 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 423 295, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 939 098, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 484 197 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti