...

Azərbaycanda istehlakçılara satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri açıqlanıb

Cəmiyyət Materials 1 May 2021 18:12 (UTC +04:00)
Azərbaycanda istehlakçılara satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri açıqlanıb

Bakı. Elçin Mehdiyev - Trend:

2021-ci ilin yanvar-mart aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 11,5 milyard manat olmaqla 2020-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 4,1 faiz azalıb.

Trend-in məlumatına görə, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə 4,2 faiz azalaraq 11,1 milyard manata bərabər olub, onun 47,9 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 383,7 manat və ya 2020-ci ilin eyni dövrünün göstəricisindən nominal ifadədə 2,4 manat az vəsait xərcləyib.

Twitter: @ElchinMehdiyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti