...

“Aztelekom” MMC-nin kollektivi ağacəkmə aksiyası həyata keçirib (FOTO)

Cəmiyyət Materials 4 May 2021 16:51 (UTC +04:00)
“Aztelekom” MMC-nin kollektivi ağacəkmə aksiyası həyata keçirib (FOTO)

Bakı. Trend:

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aztelekom” MMC-nin kollektivi növbəti ağacəkmə aksiyası həyata keçirib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, budəfəki aksiyada Siyəzən rayonunun giriş hissəsindəki ərazidə təmizlik-abadlıq işləri aparılıb, müxtəlif ağac tingləri əkilib. Yeni əkilən tinglərə qaydalara uyğun olaraq aqrotexniki qulluq göstərilib.

Davamlı olaraq keçirilən aksiyalarda məqsəd ekoloji tarazlığın bərpasında, ətraf mühitin qorunmasında iştirak etmək, ictimaiyyətin diqqətini yaşıllıqların mühafizəsinə yönəltməkdir.

“Aztelekom” MMC-nin baş direktorunun birinci müavini Zaman Verdiyevin sözlərinə görə, bu cür aksiyalar vətəndaşlar arasında təbiətə qayğı hissinin güclənməsinə böyük töhfə verir və həm də əkilən hər bir ağac gələcək nəsillərə yadigar qalır.

Təbiətin və ekoloji mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması istiqamətində gələcəkdə də belə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti